Azərbaycan cüdoçusu koronavirusa görə yarışlardan kənarlaşdırıldı
Azərbaycan cüdoçusu Fidan Qasımova bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında start götürən dünya çempionatından kənarlaşdırılıb.
Federasiyanın mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində çıxış etməsi planlaşdırılan Qasımovanın PCR testi pozitiv çıxıb. Bu səbəbdən, Beynəlxalq Cüdo Federasiyası (IJF) müvafiq qərarı qəbul edib.
IJF-nin tətbiq etdiyi protokola uyğun olaraq, yarışa gələn idmançılar ilk növbədə, sürətli antigen testi verməlidirlər. Fidan Qasımovanın birinci antigen testi pozitiv çıxdıqdan sonra yenidən antigen testi olunub. İkincinin cavabı da pozitiv çıxdığından, o, üçüncü dəfə də PCR testi olunub və testin cavabı pozitiv çıxıb.
İdmançı hazırda yarışların keçirildiyi Bosniya və Herseqovinanın tətbiq etdiyi qaydalara əsasən karantinə alınıb, özünü yaxşı hiss edir və daimi həkim nəzarəti altındadır. İdmançının tezliklə sağalması və Vətənə qayıtması üçün ACF bütün lazımi tədbirləri həyata keçirir.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Bitcoin nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Mcdonalds françayzinqi neçiyədir?