Azərbaycan dekabrda İtaliyaya neftin əsas tədarükçüsü olub
İtaliya dekabrda neft idxalını 12.2% – 5.5 milyon tonadək artırıb. Bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyinin məlumatında bildirilir.
Neftin əsas tədarükçüləri Azərbaycan (854 min ton), Liviya (836.5 min ton, artım 1.5 dəfə) və Qazaxıstan (773.9 min ton) olub. Əvvəllər əsas tədarükçülərdən biri olmuş Rusiya dekabrda siyahıda yer almayıb.
Dekabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $85.5 (noyabrda $89.74) təşkil edib. Ən bahalı neft növü "Arabian Light" ($103.63), ən ucuz neft növü isə İraqın "Basrah Heavy" (Fao Blend) nefti ($62.68) olub.
2022-ci ildə İtaliya 62.5 milyon ton neft idxal edib. / banker.az
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin