Azərbaycan –İtaliya arasında siyasi dialoq olduqca fəaldır

Azərbaycan –İtaliya arasında siyasi dialoq olduqca fəaldırSon zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Prezident cənab İlham Əliyevin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışında Azərbaycan –İtaliya münasibətlərinin çoxşaxəli inkişafından bəhs edərək qeyd etdi ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır.
İtaliya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də quruldu. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etdi. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi yaradıldı.
1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Səfər nəticəsində dövlətlər arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə 7 saziş imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verdi. Bu səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Prezident İlham Əliyevin 2006-cı il 20 sentyabr tarixli Sərəncamına əsasən, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təsis edilməsi İtaliyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük diqqət yetirdiyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri isə ikitərəfli münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırdı, 30-a yaxın mühüm sənəd imzalandı. Ölkələr arasında ticarət dövriyyəsinin göstəriciləri də bunu sübut edir. Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, ölkələr arasında ticarət dövriyyəsi 2007-ci ildə 1,1 milyon ABŞ dolları olmuşdusa, 2015-ci ildə 2,84 milyard ABŞ dollara çatdı, 2020-ci ildə təxminən 4,6 milyard ABŞ dollarından, 2021-ci ildə isə 9,6 milyard ABŞ dollarından çox oldu. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 90 %-dən çoxu Azərbaycanın payına düşür. Artıq neçə ildir ki, İtaliya Azərbaycanın ticarət dövriyyəsində ilk pillələrdə qərarlaşıb. Mübaliğəsiz deyə bilərik ki, qarşılıqlı ticarət dövriyyəsi hazırda 6 milyard ABŞ dollardan çox olan bu ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycan İtaliya üçün həm də bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının təxminən 20 %-ə qədəri Azərbaycanın payına düşür. 15 ildən çoxdur ki, ölkəmiz fasiləsiz və təhlükəsiz olaraq İtaliyaya xam neft ixrac edir. Təkcə 2021-ci il ərzində BTC, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə 8,8 milyon ton həcmində Azərbaycan mənşəli xam neft İtaliyaya ixrac olunub. Bundan başqa, BTC kəməri ilə ötən il 1,4 milyon tranzit nefti İtaliyaya daşınıb. Göründüyü kimi, Azərbaycan İtaliya ilə enerji əməkdaşlığında özünü etibarlı tərəfdaş kimi təsdiqləmişdir.
Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 100-dən çox şirkəti fəaliyyət göstərir. Azərbaycanda yüksək texnologiyalı investisiya layihələrinin həyata keçirilməsində, sənaye zonalarının, aqroparkların, logistik mərkəzlərin yaradılmasında bu şirkətlərin fəal iştirakı əməkdaşlığımıza əlavə stimul verir. 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarımız işğal dövründə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması işlərinə İtaliya şirkətlərinin də cəlb olunması da əlamətdar haldır. Azərbaycanda 8 ildən artıqdır ki, fəaliyyət göstərən "Maire Tecnimont Group" ölkəmizin sənayeləşdirilməsi işinə töhfələr verir.
Həmçinin qeyd edim ki, həm də Azərbaycanla İtaliya arasında elm və təhsil sahəsində əməkdaşlıq geniş inkişaf etdirilir, belə ki, son səfər zamanı Azərbaycan- İtaliya universitetinin açılma məsələsi gündəmdədir və artıq həll olunmuş hesab edilir. Yaxın vaxtlarda yəgin ki universitet öz fəaliyyətinə başlayacaqdır, bu isə Azərbaycanda müasir səviyyədə beynəlxalq tələblərə uyğun şəkildə təhsil sisteminin qurulmasına və bunun bazasında gələcəkdə elm və texnikanın inkişafına böyük təkan verə bilər.
İnanırıq ki, Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları, nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.
Adil Qəribov,
Akademik, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor.

Xəbərlər     Tarix: 07 sentyabr 2022

Oxşar xəbərlər

ABŞ-da oktyabr ayı üzrə məşğulluq göstəriciləri açıqlanmayacaq

ABŞ-da oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanmayacaq. xəbər verir ki, ABŞ Əmək Nazirliyi gözlənilən oktyabr ayı üzrə qeyri-kənd təsərrüfatı məşğulluq məlumatlarının yayımlanmayacağını bildirib

ABŞ-da işsizlik sığortası müraciətləri azalıb

ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək

Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler iqtisadiyyat xeberleri kripto en son xeberler dollarin kursu bu gun