Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıb

Azərbaycan kosmik bilik məhsullarının ixracına başlayıbKosmosda orbital mövqeyə malik Azərbaycan beynəlxalq kosmik bazarda təkcə peyk xidmətlərini deyil, həm də qazandığı bilik və təcrübəni kommersiyalaşdırır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos") intellektual məhsulunu – radiotezliklərin idarəolunması üzrə təlim və konsultasiya proqramını Bəhreynin "Telekommunikasiya üzrə Tənzimləmə Qurumu"na təqdim edib. Paytaxt Manamada keçirilən 10 günlük proqram radiotezliklərin idarə edilməsi metodları, peyk və yerüstü stansiyaların qeydiyyata alınması üçün ərizələrin hazırlanması, peyk şəbəkələri arasındakı interferensiyanın təhlili və aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq qanun və hüquqi normalar kimi mövzuları əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
"Azərkosmos" radiotezliklərin idarəolunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması məqsədilə yaratdığı bu bilik məhsulunun Afrika, Mərkəzi Asiya, Yaxın Şərqdə kosmos sahəsi üzrə inkişaf etməkdə olan ölkələrə ixracını davam etdirəcək.
Radiotezliklər radio və televiziya yayımı, mobil-telefoniya, genişzolaqlı rabitə, aviasiya və dəniz naviqasiyası, peyk şəbəkələrinin koordinasiyası kimi müxtəlif simsiz rabitə formaları üçün istifadə olunan qiymətli və məhdud resursdur. İstənilən radiotezlik xidmətlərində tezlik resurslarının məqsədli istifadəsi və koordinasiyasının aparılması Beynəlxalq Telekommunikasiya İttifaqının təsdiq etdiyi qanunvericilik çərçivəsində tənzimlənir. / banker.az

Xəbərlər     Tarix: 30 yanvar 2024

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi


iqtisadi xeberler 1000 manatla biznes bitcoin qiymeti biznes ideyalari valyuta xeberleri