Azərbaycan qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisinin yekunlaşacağı tarix açıqlanıb

Azərbaycan qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisinin yekunlaşacağı tarix açıqlanıbBolqarıstan Azərbaycan təbii qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisini oktyabr ayında yekunlaşdıracaq.
Bunu "Bulqartransqaz" şirkətinin icraçı direktoru Vladimir Malinov bildirib.
Onun sözlərinə görə, tikintisinə dünən başlanılan boru kəməri bu ilin sonuna tam istifadəyə veriləcək: "Bolqarıstan öz ehtiyacları üçün Mərkəzi Avropadakı Baumqarten qovşağından axınları tərsinə çevirməklə (revers) əlavə təchizat əldə edə bilər".
Qeyd edək ki, Serbiya "Qazprom" yanacağından demək olar ki, tam asılılığını ən azı 40 % Azərbaycandan və digər mənbələrdən qazla əvəz etməyi hədəfləyir. Hazırda "Türk axını" qaz kəmərinin Balkan qolu vasitəsilə Rusiya qazını idxal edən milli qaz şirkəti "Serbiyaqaz" bir il əvvəl yeni xəttin öz hissəsinin tikintisinə başlayıb.
Xatırladaq ki, çərşənbə günü Serbiya və Bolqarıstan prezidentləri Aleksandr Vuçiç və Rumen Radev Sofiya yaxınlığında, borunun 62 kilometrlik hissəsinin ilin sonuna qədər Serbiya tərəfindəki 108 kilometrlik boruya birləşdiriləcəyi ərazidə tikintinin başlanması mərasimində iştirak ediblər. Ümumi dəyəri 170 milyon avro (185 milyon ABdolları) olan layihənin bir hissəsi kimi qismən Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
İllik 1.8 milyard kubmetr qaz ötürücülük qabiliyyətinə malik kəmərin tikintisinin tamamlanması Yunanıstana qaz kəməri inşa etmiş Bolqarıstan və qonşu Şimali Makedoniyaya yeni marşrutlar açacaq. Gələcək variantlara Azərbaycan qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə idxalı daxildir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən – 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18.5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), "Snam S.p.A." (20 %), "Fluxys" (19 %), "Enagas" (16 %) və "Axpo" (5 %) şirkətləri çıxış edir. / banker.az

Xəbərlər     Tarix: 02 fevral 2023

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler biznes qurmaq investisiya dollar məzənnəsi valyuta mezennesi