Azərbaycan Türkmənistana pambıq lifinin ixracına başlayıb
Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ənənəvi və yeni bazarlara çıxışı artır. Ölkəmiz Türkmənistana pambıq lifinin ixracına başlayıb.
Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması sahəsində məqsədyönlü işlər görülür, emal sənayesi genişləndirilir və yeni emal müəssisələri qurulur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Mingəçevir Sənaye Parkında Özbəkistan və Türkmənistanla birlikdə tekstil sənayesinin inkişafında, həmçinin yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər görülür. Ümumilikdə, pambıqçılığın inkişafı sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Özbəkistanla yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində ölkəmizdə pambıqçılıq klasterlərinin yaradılması işlərinə başlanılıb.
Azərbaycanda fəaliyyət göstərən pambıq istehsalçıları - "MKT İK", "Azərpambıq" və "P-Agro" şirkətləri Türkmənistana pambıq lifinin ixracına başlayıb. İlkin mərhələdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından gəmilər vasitəsilə Türkmənistana 30 min ton həcmdə pambıq lifi göndəriləcək. Gələcəkdə Türkmənistana pambıq lifi ilə yanaşı, pambıq emalından alınan digər məhsulların da ixracı nəzərdə tutulur ki, bu da Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığın, o cümlədən logistika və ticarət əlaqələrinin inkişafına töhfə verəcək.
Azərbaycandan indiyədək Türkiyə, Rusiya, İran, Belarusiya, Banqladeş, İsveçrə və s. ölkələrə pambıq lifi ixrac edilib. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən zəngin idmançıları
Start-up nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv