Azərbaycanın 2027-ci il üçün iqtisadi hədəfləri – 141 milyard manatlıq ÜDM, 42,4 milyard manatlıq büdcə xərcləri
Noyabrın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
İclasda çıxış edən maliyyə nazirinin müavini Himalay Məmişov 2027-ci il üçün büdcə siyasətinin əsas istiqamətləri, makroiqtisadi proqnoz göstəriciləri barədə məlumat verib. Bildirilib ki, neftdən asılılıq davamlı olaraq azaldılır və növbəti il 141 milyard həcmində nəzərdə tutulan ÜDM-in 109,1 milyard manatının qeyri-neft-qaz sektorunun payına düşəcəyi proqnozlaşdırılır.
Nazir müavini 2027-ci ilin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunduğunu, regionların büdcədən asılılığının daha da azaldığını qeyd edib.
Himalay Məmişov icmal büdcə gəlirlərinin növbəti il üçün 47,6 milyard manat, o cümlədən dövlət büdcəsi gəlirlərinin 39,3 milyard manat, icmal büdcənin xərclərinin isə 50,4 milyard manat, o cümlədən dövlət büdcəsi xərclərinin 42,4 milyard manat məbləğində proqnozlaşdırıldığını vurğulayıb.
İclasda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəsi zamanı səsləndirilmiş təklif və qeydlər, habelə layihə üzrə dəqiqləşdirmələr nəzərdən keçirilib.
Müzakirələrin yekununda "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
/ marja.az

İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb
"Standard Chartered"in satın aldığı kriptovalyuta şirkəti kiberhücuma məruz qalıb, müştəri məlumatları sızdırılıb
"Brand Credit BOKT" 15 illik yubileyini qeyd edib – FOTOLAR
AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Elon Musk kimdir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?