Azərbaycana telefon gətirənlərin NƏZƏRİNƏ - Turistlər çıxılmaz vəziyyətə düşəcək

Azərbaycana telefon gətirənlərin NƏZƏRİNƏ - Turistlər çıxılmaz vəziyyətə düşəcəkBu gündən etibarən şəxsi istifadə üçün xaricdən Azərbaycana gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEI nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
Bu qayda bu günə kimi xaricdən alınan telefonlara da şamil olunurmu?
Əgər bir şəxs xaricdən şəxsi istifadə üçün telefon alırsa, onun gömrükdə bəyan edilməsi prosesi bir dəfə olacaq, yoxsa ölkəyə hər giriş edəndə?
Mövzu ilə bağlı İKT məsələləri üzrə ekspert Fərid Kazımov KONKRET.az-a danışıb:
"Yeni qaydalara uyğun olaraq, bu gündən etibarən xaricdən Azərbaycana gətirilən mobil telefonlara görə vergi bəyənnaməsi verilməlidir. Hər bir insan ölkəyə daxil olarkən gömrük məntəqəsində telefonunu bəyan etmədən telefonunu gətirə biləcək. Lakin həmin telefon Azərbaycanda mobil şəbəkələrə qoşula bilməyəcək, bu da onun istifadəsinə problemlər yaradacaq. Yəni onun İMEI kodu qeydiyyatdan keçməyəcək və buna görə həmin telefonun Azərbaycanda istifadəsi məhdud olacaq.
Əvvəllər xaricdən Azərbaycana gətirilən mobil telefonların İMEI kodu 30 gün ərzində qeydiyyatdan keçməli idi. Bundan sonra isə müəyyən rüsum ödəməklə həmin telefon istifadə oluna bilərdi. Lakin yeni qaydalara uyğun olaraq, əgər ölkəyə daxil olan zaman telefon bəyan edilməli, ya da onlayn sistemdə qeydiyyatdan keçirməlidirlər".
Ekspert bildirib ki, xaricdən şəxsi istifadə üçün telefon alan şəxsin həmin telefonu gömrükdə hər dəfə qeydiyyatdan keçirməsinə ehtiyac yoxdur:
"Bu proses sadəcə bir dəfə həyata keçiriləcək. Yəni bir şəxs xaricdən gətirdiyi telefonu bir dəfə bəyan edibsə, yenidən ölkəyə giriş-çıxışı zamanı buna ehtiyac olmayacaq.
Müəyyən maliyə limitləri vardır. Hər hansı bir qeyri-kommersiya xarakterli məhsulun idxalçısı gömrük rüsumu ödəməlidir. Bizdə bu rüsum 300 dollardan artıq olduqda tətbiq olunur. Bu zaman ölkə vətəndaşları öz şəxsi istifadəsi üçün idxal etdikləri telefonların qiyməti 300 dollardan artıq olarsa, gömrük rüsumu ödəməli olacaqlar".
Mövzu ilə bağlı danışan ekspert bu qaydaların turistlərə şamil olunub-olunmaması məsələsinə də toxunub:
"Bu qaydaların turistlərə şamil olunması məsələsinə gəldikdə isə, "Rominq" xidmətindən istifadə edən turistlərin ölkə daxilində mobil telefon istifadəsi mümkün ola bilər. Ancaq qeyd etmək lazımdır ki, heç bir ölkədə turist ölkəyə daxil olarkən öz mobil telefonunu bəyan etmir. Yəqin ki, yaxın zamanda aidiyyatı qurumlar bu məsələyə aydınlıq gətirəcək və yaxın zamanda həllini tapacaq".
Fidan Ali,
KONKRET.az

Xəbərlər     Tarix: 15 fevral 2023

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların


iqtisadi xeberler 1000 manatla biznes kripto depozit faizleri emlak xeberleri