Azərbaycanda bağlanmış bankların əmlakları necə satılır?

Azərbaycanda bağlanmış bankların əmlakları necə satılır?Azərbaycanda bağlanmış bankların effektiv ləğv edilməsi, onlara məxsus əsas vəsaitlərin səmərəli, bankların və kreditorların maraqlarına uyğun realizə olunması məqsədilə həmin vəsaitlər 3 yolla – açıq hərrac, birbaşa və Əmanətlərin Sığortalanması Fondunun elektron auksion portalı vasitəsilə satılır.
Bu barədə Fonddan bildirilib.
Məlumata görə, Fondun Himayəçilik Şurasının 4 may 2017-ci il tarixli 82 saylı Protokol qərarı ilə təsdiq edilmiş "Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanın fəaliyyət Qaydaları"na əsasən əmlakın hansı formada satılması onun dəyəri əsasında müəyyən edilir. Belə ki, dəyəri 1 000 manatdan az olan əsas vəsaitlər vətəndaşların rəsmi müraciəti əsasında birbaşa və Fondun elektron auksion portalında, dəyəri 1 000 manatdan çox olan əsas vəsaitlər isə açıq hərracda satışa çıxarılır.
"Hərracın təşkil edilməsi üçün Mülki Məcəllənin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq Fondla müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış hərrac təşkilatlarına hərrac sifarişi ünvanlanır. Fondun elektron auksion portalında dəyəri 1 000 manata qədər olan ancaq daşınar əmlakların satışının həyata keçirilməsi nəzərdə tutulduğu halda hərrac təşkilatlarında dəyəri 1 000 manatdan çox olan daşınar və daşınmaz əmlaklar satışa çıxarılır. Təyinatları fərqli olduğundan ixtisaslaşdırılmış hərrac təşkilatlarının həyata keçirdiyi açıq auksion ilə Fondun elektron auksion platformasının üstünlük müqayisəsini aparmaq doğru olmaz", – deyə açıqlamada qeyd olunub. / banker.az

Banklar     Tarix: 29 sentyabr 2023

Oxşar xəbərlər

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq bitkoin qiymeti depozit faizleri