Azərbaycanda çörəyin qiyməti ilə bağlı nə baş verir?

Azərbaycanda çörəyin qiyməti ilə bağlı nə baş verir?Son aylar Azərbaycanda un və çörəyin qiyməti düşüb. Bu, dünya bazarlarında unun və buğdanın ucuzlaşması ilə əlaqələndirilir. Amma unla çörəyin qiymətlərində ucuzlaşma bir-birinə uyğun gəlmir. Məsələn, ötən il 38 manata olan 50 kq un kisəsi indi 29 manat 50 qəpiyə düşüb. Çörəkdə isə cəmi 5 qəpik ucuzlaşma var. 65 qəpiyə olan çörək son günlər 60 qəpiyə satılır.
Bunun səbəblərini rəsmi qurumlar və çörək bişirən müəssisələrdən öyrənmək mümkün olmayıb.
Azərbaycan ərzaq buğdasına olan tələbatı özü tam ödəmir. Hökumət buğdanın istehsalının artmasını hədəf kimi götürüb. Bəzi ekspertlər ərzaq buğdasında ucuzlaşmanı müvəqqəti sayır.
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb:
"2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7.8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkini aparılır".
Əlavə edilib ki, taxıl sahələrinin təqribən 40 faizində biçin yekunlaşıb:
"İyunun 25-nə olan məlumata görə, 410 min 237 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 792 min 444 ton arpa və 523 min 354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30.4, buğda üzrə 34.9 sentner təşkil edir".
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirir ki, Azərbaycanın yerli istehsalı buğdaya tələbatın cəmi 25 faizini təmin edir:
"Qalan 75 faizini biz xaricdən alırıq. Bunun bir çox səbəbləri var. Bu, aqrar sahədə düzgün olmayan yanaşmaların, texniki bitkilərin artmasının və bunun hesabına buğda əkinlərinin azalmasının, məhsuldarlığın aşağı düşməsinin nəticəsidir. Həmçinin, Azərbaycanda istehsal olunan buğdanın keyfiyyəti çox aşağı olur. Bütün bu məsələlər ona gətirib çıxarıb ki, biz 75 faiz xaricdən asılıyıq və orada qiymətlərin dəyişikliyi həmən Azərbaycana təsir göstərir".
İqtisadçının deməsinə görə, dünya bazarında buğdanın qiyməti keçən ilin eyni dövrünə nisbətən 30 faiz düşüb. O hesab edir ki, bu da çörəyin qiymətinin düşmə tempinə adekvat deyil:
"Azərbaycan keçən il Ukraynadakı müharibə fonunda yaranan böhran zamanı ən çox buğdanı Qazaxıstandan alırdı, amma indi daha ucuz qiymətə yenə Rusiyadan almağa başlayıb". / konkret.az

Xəbərlər     Tarix: 29 iyun 2023

Oxşar xəbərlər

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind


iqtisadi xeberler birbank en son xeberler bitkoin dollar mezenne