Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan şəxslərin sayı açıqlanıb
Bu il İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 5.2 min vətəndaş ipoteka krediti alıb.
Bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, borcalanlara ümumilikdə 433 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
"Bu il verilmiş kreditlərin 30%-i güzəştli olub", – deyə departament direktoru əlavə edib.
"İpoteka kreditlərinə tələb çox böyükdür, bu ilin əvvəlindən kredit almaq üçün Fonda rekord məbləğdə – 1.6 milyard manatlıq müraciət daxil olub. Bu isə 1 il əvvələ nisbətən 20% çoxdur. İlin sonuna Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli mənzillərinin satışı gözləndiyi üçün, ipoteka kreditləşməsində yüksək dinamikanın davam edəcəyini gözləyirik", – deyə o qeyd edib.
Xatırladaq ki, bu günə qədər İKZF 47 525 borcalana 2 milyard 850,029 milyon manat kredit verib. / banker.az
"Qala Həyat"ın ödənişləri 76% artıb
"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir
Azərbaycanda banklararası istinad faizi yüksəlib
Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı