Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilərBu ilin dövlət büdcəsinin proqnozlarına ilin ortalarında yenidən baxıla bilər, çünki ötən dövrün nəticələri pis deyil.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını şərh edərkən deyib.

"Heç nəyi istisna etmək olmaz, bir qayda olaraq, biz ötən dövrün, yəni dörd ayın yekunlarına nəzər salırıq ki, qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı pis deyil, kifayət qədər yüksəkdir, neft sektoru, eləcə də vergi və gömrük daxilolmaları xətti ilə əlavə gəlirlər mövcuddur", – nazir bildirib.
Onun sözlərinə görə, bazarda neftin qiyməti büdcə proqnozlarına daxil ediləndən yüksəkdir:
"Bildiyiniz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir bareli 60 dollar səviyyəsində müəyyən edilib. Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərə alınacaq, bizim neftlə yanaşı, qazdan da gəlirimiz var", – S.Şərifov vurğulayıb.
Nazir qeyd edib ki, beynəlxalq qaz bazarlarında qiymətlər çox dəyişkəndir, belə ki, son vaxtlar qazın qiyməti ucuzlaşmağa başlayıb.
"Bütün deyilənləri nəzərə alaraq, bu gün müəyyən hesablamalar aparılır. Buna görə də həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək", – S.Şərifov söyləyib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % və 28,1 % çoxdur.
Son nəticədə büdcədə 821,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 52,3 % və yaxud 2,1 dəfə azdır. / banker.az

Xəbərlər     Tarix: 05 may 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler bitkoin depozit faizleri bitkoin almaq kripto