Azərbaycanda ipoteka kreditlərinə tələb azalıb və daha da azalacağı proqnozlaşdırırlar

Azərbaycanda ipoteka kreditlərinə tələb azalıb və daha da azalacağı proqnozlaşdırırlarMərkəzi Bank tərəfindən 2024-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.
Sorğunun 2024-cü il II rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə müşahidə edilmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olmuşdur. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar növbəti rübdə də daxili ipoteka ilə verilən kreditlər üzrə standartlarda sərtləşmənin davam edəcəyini gözləyirlər.
Azərbaycanda ipoteka kreditlərinə tələb azalıb və daha da azalacağı proqnozlaşdırırlar2024-cü ilin II rübündə cəmi ipoteka kreditlərinə tələb azalmışdır. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas səbəbi daxili ipoteka kreditləri olmuşdur. Eyni zamanda, bankların İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə kredit tələbi də cari ilin əvvəlki rübü ilə müqayisədə azalmışdır. Sorğu nəticələrinə əsasən banklar növbəti rübdə də ipoteka kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə tələbin azalacağını proqnozlaşdırırlar.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına maliyyələşmə dəyəri, digər banklarla rəqabət, daşınmaz əmlak bazarı, bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olmuşdur. 
2024-cü ilin II rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri / marja.az

Banklar     Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?. Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il apreli

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü


iqtisadi xeberler biznes ideyalari telefonla pul qazanmaq kripto dollar kursu