Azərbaycanda iri bizneslərin kreditlərə tələbi cüzi artıb
Mərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğunun nəticələrində sahələr üzrə, o cümlədən biznes kreditlərinin təhlili verilib.
Qeyd edilib ki 2024-cü ilin 3-cü rübündə sorğu nəticələrinə əsasən KOS (kiçik və orta sahibkarlıq) və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik müşahidə edilməsə də, mikro sahibkarlıq subyektləri üzrə kredit standartlarında yumşalma davam etmişdir. Banklar tərəfindən növbəti rübdə həm MKOS (mikro, kiçik və orta sahibkarl), həm də iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda dəyişiklik olmayacağı gözlənilir.
Sorğuda iştirak edən bankların cavablarına əsasən 2024-cü ilin III rübündə KOS subyektlərinə verilən kreditlər üzrə tələbdə dəyişiklik müşahidə edilməmiş, mikro sahibkarlıq subyektləri üzrə tələbdə isə qismən artım müşahidə edilmişdir. Nəticələrə əsasən iri sahibkarlıq subyektləri üzrə tələbdə cari ilin əvvəlki rübü ilə müqayisədə cüzi artım müşahidə edilmişdir. Banklar 2024-cü ilin növbəti rübündə ümumi biznes kreditləri, o cümlədən mikro sahibkarlıq subyektləri üzrə kredit tələbində artım olacağını gözləyirlər.
2024-cü ilin III rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, ümumi iqtisadi gözləntilər və bankın risk iştahası olmuşdur. Uçot faiz dərəcəsinə dair gözləntilər isə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir etmişdir. / marja.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
SMM nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?
Fond birjası nədir?