Azərbaycanda mobil bankçılıq əməliyyatlarının ümumi dəyəri 50%-dən çox artıb

Azərbaycanda mobil bankçılıq əməliyyatlarının ümumi dəyəri 50%-dən çox artıbBu ilin yanvar ayında Azərbaycanda 55,9 milyon manat dəyərində mobil bankçılıq əməliyyatları aparılıb.
Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fuad İsayev Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50%-dən çox artım deməkdir.
"Rəqəmsal maliyyə həllərinin inkişafı maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayır. Son dövrlərdə mobil bankçılığın, eyni zamanda onlayn ödəniş sistemlərinin genişlənməsi və fintex sisteminin yayılmasının şahidi oluruq. Xüsusilə son illər elektron ödəniş sistemləri və mobil bankçılıq tətbiqləri populyarlaşır", – deyə AMB rəsmisi qeyd edib.
Bundan başqa, o deyib ki, maliyyə əlçatanlığı təkcə iqtisadiyyatın mühüm elementi deyil, sosial inkişafın və rifahın əsas dayaqlarından biridir: "Son illər maliyyə inklüzivliyi iqtisadi artım, yoxsulluğun azaldılması və sosial sabitliyin gücləndirilməsi üçün strateji alətə çevrilib. Dünya Bankının yanaşmasına əsasən, BMT-nin davamlı inkişaf məqsədləri çərçivəsində 17 qlobal hədəfdən 7-sinin reallaşdırılmasında məhz maliyyə inklüzivliyi katalizator rolunu oynayır. Kreditə və kapitala çıxış yaradılması, eyni zamanda səmərəli ödəniş sisteminin yaradılması kiçik biznesin genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, iqtisadi inkişafın təşviqinə imkanlar yaradır". / banker.az

Banklar     Tarix: 12 mart 2025

Oxşar xəbərlər

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /


iqtisadi xeberler biznes ideyalari kripto valyuta xeberleri biznes qurmaq