Azərbaycanda neft hasilatı 8% azalıb, qaz hasilatı isə 3% artıb

Azərbaycanda neft hasilatı 8% azalıb, qaz hasilatı isə 3% artıbSənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 34.7 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1.6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2.3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6.5 faiz artıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, sənaye məhsulunun 69.5 faizi mədənçıxarma sektorunda, 25.3 faizi emal sektorunda, 4.4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7.7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 3.2 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2.0 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 88.9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48.7 faiz, kağız və karton istehsalı 35.7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34.9 faiz, poliqrafiya məhsullarının istehsalı 33.3 faiz, içkilərin istehsalı 26.5 faiz, neft məhsullarının istehsalı 23.0 faiz, hazır metal məmulatlarının istehsalı 21.5 faiz, tikinti materiallarının istehsalı 20.3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16.0 faiz, qida məhsullarının istehsalı 11.9 faiz, maşın və avadanlıqların istehsalı 10.9 faiz, mebel istehsalı 7.2 faiz, tütün məmulatlarının istehsalı 7.0 faiz, elektrik avadanlıqlarının istehsalı 6.4 faiz, kimya sənayesi məhsullarının istehsalı 3.1 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16.5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18.8 faiz, əczaçılıq məhsullarının istehsalı 27.3 faiz, sair sənaye məhsullarının istehsalı 29.0 faiz, geyim istehsalı 32.9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 33.7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 37.2 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3.6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17.0 faiz artıb.

Xəbərlər     Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler valyuta mezennesi biznes krediti iqtisadiyyat xeberleri leobank kart