Azərbaycanda orta maaş açıqlanıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər olmuş, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur. / marja.az

"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
CV-nin tərtib edilməsi prinsipləri
Dünyada ən çox oxunan 5 kitab
Layihə menecmenti nədir?
Bitcoin nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları