Azərbaycandan Avropaya STRING vasitəsilə təbii qaz tədarükü ildə 5 mlrd. kubmetr təşkil edə bilər

Azərbaycandan Avropaya STRING vasitəsilə təbii qaz tədarükü ildə 5 mlrd. kubmetr təşkil edə bilər"Həmrəylik halqası" (STRING) təşəbbüsü çərçivəsində Azərbaycan təbii qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.
Bu barədə Slovakiyanın "Pravda" nəşrinə müsahibəsində Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnovski bildirib.

Onun sözlərinə görə, son illər mayeləşdirilmiş təbii qaz (LNG) və Norveç "mavi yanacağı"nın tədarükü sayəsində Avropa ölkələrinin Rusiya təbii qazından asılılığı xeyli azalıb:
"Azərbaycan başqa bir mənbəyə çevrilə bilər. Bu, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrinin şərq qaz kəmərləri sistemi ilə tarixi əlaqəsini nəzərə alaraq, enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə olardı".
R.Kvasnovski qeyd edib ki, bu mənada transsərhəd əlaqələrin imkanlarını artırmaq şərti ilə mövcud infrastruktur vasitəsilə Azərbaycandan təbii qaz idxalının həcminin artırılmasına yönəlmiş "Həmrəylik halqası" təşəbbüsünü qeyd etmək lazımdır:
"Birinci mərhələdə regionumuz Azərbaycandan 5 milyard kubmetrədək təbii qaz ala bilər ki, bu da Slovakiyanın illik təbii qaz istehlakına uyğundur".
O xatırladıb ki, Azərbaycan Avropa İttifaqının (Aİ) təbii qaz tədarükünün şaxələndirilməsi səylərində mühüm tərəfdaşlarından biridir. Onun sözlərinə görə, bunu ölkənin Avropa Komissiyası ilə imzaladığı energetika sahəsində Strateji Tərəfdaşlıq Memorandumu sübut edir: "Bununla da Azərbaycan qazının tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur".
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır.
Eyni zamanda 2025-ci ilin sonunadək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1.2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetrini 2026-cı ildən İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq.
"Həmrəylik halqası" layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstan ("Bulgartransgaz"), Rumıniya ("Transgaz"), Macarıstan (FGSZ) və Slovakiyanın ("Eustream") qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə tədarüklər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. / banker.az

Xəbərlər     Tarix: 08 may 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler valyuta kurslari valyuta xeberleri pul qazanmaq dollar mezenne