Azərbaycandan Macarıstana qaz tədarükü ilin sonuna kimi başlayacaq
Energetika naziri Pərviz Şahbazov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş olub.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından, Enerji üzrə İşçi Qrupu çərçivəsində bütün istiqamətləri əhatə edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Təbii qaz və "yaşıl enerji"nin tədarükü üzrə fikir mübadiləsi aparılıb. "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişi, "Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu", həmçinin "SOCAR" ilə "MVM CEEnergy Zrt." arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə"nin icra vəziyyəti nəzərdən keçirilib.
Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün infrastrukturların inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı Xəzər dənizində "yaşıl enerji"nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən "yaşıl enerji" dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
1000 manatla hansı biznesi qurmaq olar?
İnstaqramda biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Digital Card nədir?
Necə Bitcoin almaq olar?