Azərbaycanın 5 boksçusu Millətlər kubokunun yarımfinalına vəsiqə qazandı
Beş boksçumuz Millətlər kubokunun yarımfinalına yüksəlib.
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku davam edir.
KONKRET.az-ın məlumatına görə, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 1/4 final mərhələsi başa çatıb.
Yarımfinala gedən yolda Azərbaycan millisinin daha 5 boksçusu qüvvəsini sınayıb. Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi komandada Məhəmmədəli Aşırəliyev (54 kq) rumıniyalı Dani Qriqori ilə üz-üzə gəlib. İlk görüşdə Simon Qloriosonu (İtaliya) mübarizədən kənarlaşdıran həmyerlimiz bu dueldən də qalib ayrılıb – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinalda Lukas Kuçera (Çexiya) ilə döyüşəcək.
50 kq çəkidə mübarizə aparan Tağı Nəsibov rəqibi Nikola Mihailoviç görüşə gəlmədiyindən qalib elan olunub. O, final üçün italiyalı Françesko Krusilla (İtaliya) ilə üz-üzə gələcək.
Məhəmmədəli Qasımzadə (57 kq) də 1/4 final mərhələsini asan qələbə ilə adlayıb. Təmsilçimiz Tisiano Alkiatinin (İtaliya) ardınca Daniel Frankı (Macarıstan) da 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Qasımzadə 1/2 finalda bolqarıstanlı Viktorio İlyevlə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Vaqif Hacıyev (50 kq) Daniel İrofteyə (Rumıniya), Məhəmməd Quliyev (63 kq) Oner Seyilxana (Qazaxıstan) məğlub olaraq, mübarizəni dayandırıblar.
Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb. Daha öncə Bilal Nəzərov (46 kq) da 1/4 final səddini keçib. O, yarımfinalda çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsində Faiq Mollayev isə Nikolas Bonku (Rumıniya) sınağa çəkəcək.
Qeyd edək ki, Millətlər kubokunda qaliblərin adları avqustun 14-də bəlli olacaq.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları