Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən ®Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməyi və ölkənin texnoloji potensialının güclənməsinə dəstək olmağı hədəfləyir.
Bir, "Azerconnect Group", "Azercell", İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), "Unibank" və Türkiyənin "Innovance" kimi aparıcı maliyyə, texnologiya və telekommunikasiya şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılan platformanın əsas məqsədi birgə əməkdaşlıq vasitəsilə ölkənin rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini gücləndirməkdir.
"MoveUP" icması texnologiya peşəkarlarını, akademik dairələri və sənaye tərəfdaşlarını bir araya gətirərək, ortaq çağırışların müzakirəsi və onların həlli üçün əməkdaşlıq mühiti yaradır. Təşəbbüs beynəlxalq təcrübənin paylaşılmasına, yerli peşəkarların inkişafına, süni intellektin (AI) tətbiqinin sürətləndirilməsinə və bu sahədə yeni yanaşmaların formalaşmasına imkan yaradacaq.
Təsisçilərin birgə bəyanatında bildirilir: "Azərbaycanın rəqəmsal sektorunun gələcəyi yalnız güclü şirkətlərdən deyil, həm də güclü peşəkar icmadan asılıdır. "MoveUP" fərdlərin və təşkilatların bir-birindən öyrənəcəyi, təcrübə mübadiləsi aparacağı və birlikdə inkişaf edəcəyi bir məkan yaratmaq deməkdir".
İlk "MoveUP" tədbiri icmanın fəaliyyətinə start verdi
Açılış tədbirində təsisçi üzvlər, o cümlədən Bir-in rəhbər heyətinin üzvləri, "MoveUP"ın Azərbaycanın texnoloji inkişafındakı rolundan danışıblar. Çıxışlarda icmanın yerli texnologiya ekosistemi ilə beynəlxalq təcrübə arasında körpü yaradacağı, aparıcı şirkət və peşəkarları Azərbaycanın Qafqazın texnologiya mərkəzinə çevrilməsi kimi ortaq məqsəd ətrafında birləşdirəcəyi vurğulanıb.
Tədbirdə çıxış edən Bir nümayəndələri həmçinin, "MoveUP"ın gənc istedadların süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirməsinə, eləcə də qlobal texnologiya icması ilə əlaqələr qurmasına imkan yaradacağı qeyd olunub.
"MoveUP" icmasına qoşulmaq üçün: moveup.az
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az  / banker.az

Banklar     Tarix: 07 sentyabr 2026

Oxşar xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı

İqtisadiyyat Nazirliyinin 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarında manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməz — 1 dollar üçün 1,70 manat səviyyəsində nəzərdə tutulub. xəbər verir ki, bu fərziyyə dövlət v

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-yə məxsus "Bank of New York Mellon" arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Tale

Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəhimli Xədicə Tərlan qızına verilmiş sığorta agenti fəaliyyəti üzrə lisenziyanı ləğv edib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbu

Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR

Rabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədil

"Rabitəbank"ın ipoteka və biznes kreditləri daha sürətlə artır

"Rabitəbank" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 84 milyon 124 min manat və ya 8,9% artaraq 1 milyard 25 milyon 413 min manata çatıb. Kredit portfelində ən böyük pay bizne

Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb

"Atəşgah Həyat" Sığorta Şirkətinin baş direktoru Şəfəq Həsənova Özbəkistanın "ABB Davr Bank"ının Müşahidə Şurasının müstəqil üzvü seçilib. xəbər verir ki, qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilə

Bankların aktivlərinin RENKİNQİ: həcm, bazar payı və dinamika (01.10.2026)

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə aktivlər 6,89 milyard manat və ya 12,1% artıb. bunu bankların hesabatları əsasınd


iqtisadi xeberler kicik biznes birbank dollar mezenne avtomobil xeberleri