Azərbaycanın iri maliyyə qrupunun vəziyyəti daha da yaxşılaşıb – 14 MİLYARDLIQ BİZNES

Azərbaycanın iri maliyyə qrupunun vəziyyəti daha da yaxşılaşıb – 14 MİLYARDLIQ BİZNES"Azəbaycan Beynəlxalq Bankı" ASC (ABB) 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə konsolidasiya edilmiş maliyyə hesabatlarını dərc edib. Maliyyə hesabatlarındakı göstəricilərə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin, "ABB-Moskva" MMC-nin, "ABB − GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest" QSC-nin maliyyə göstəriciləri daxildir (Birqlikdə "Qrup").
XALİS MƏNFƏƏTİ 2 DƏFƏDƏN ÇOX ARTIB
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, "ABB" qrupu 2022-ci ili 288 milyon 782 min manat xalis mənfəət ilə başa vurub. Qrup 2021-ci ili 139 milyon 592 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, keçən il "ABB" qrupunun xalis mənfəəti 149 milyon 190 min manat və ya 2,1 dəfə artıb. 
FAİZ XƏRCLƏRİ AZALIB, FAİZ GƏLİRLƏRİ ARTIB
"ABB" qrupunun faiz gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 153 milyon 794 min manat və ya 34,8% artaraq 595 milyon 769 min manat təşkil edib. Qrupun faiz xərcləri isə 5 milyon 126 min manat və ya 4,4% azalaraq 111 milyon 105 min manata düşüb. 2021-ci ildə qrupun cəmi faiz gəlirləri 441 milyon 975 min manat, cəmi faiz xərcləri isə 116 milyon 231 min manat təşkil etmişdi. O cümlədən, ötən il müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 28,2% artaraq 380 milyon 941 min manat, investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 54,4% artaraq 61 milyon 452 min manat olub.
HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİ 100 MİLYON SƏVİYYƏSİNİ AŞIB
"ABB" qrupunun haqq və komissiya gəlirləri 2022-ci ildə 2021-ci illə müqayisədə 33 milyon 789 min manat və ya 40,5% artaraq 117 milyon 239 min manat təşkil edib. 2021-ci ildə Qrupun haqq və komissiya gəlirləri 83 milyon 450 min manat olmuşdu. O cümlədən, keçən il Qrupun dilinq üzrə gəliri 82% artaraq 107 milyon 950 min manata yüksəlib.
ÖTƏN İL QRUP 79 MİLYON MANATA YAXIN MƏNFƏƏT VERGİSİ ÖDƏYİB
Keçən il "ABB" qrupunun mənfəət vergisi xərcindən əvvəl mənfəəti 2 dəfədən çox artaraq 367 milyon 666 min manat təşkil edib (2021-ci ildə 183 milyon 74 min manat təşkil etmişdi). Ötən il Qrup 78 milyon 884 min manat mənfəət vergisi ödəyib. 
BU GÖSTƏRİCİ TƏXMİNƏN 34 DƏFƏ ARTIB
"ABB" qrupunun cəmi aktivləri 2022-ci ildə 2021-ci illə müqayisədə 2 milyard 424 milyon 360 min manat və ya 20,6 % arataraq 14 milyard 177 milyon 619 min manata yüksəlib. 2021-ci ilin sonunda Qrupun cəmi aktivləri 11 milyard 753 milyon 259 min manata çatmışdı. Ö cümlədən, keçən il müştərilərə verilmiş kreditlər 442 milyon 290 min manat və ya 14,9% artaraq 3 milyard 401 milyon 58 min manata, qiymətli kağızlara investisiyalar 1 milyard 646 milyon 481 min manat və ya 2,5 dəfə artaraq 2 milyard 727 milyon 517 min manata, digər banklardan və maliyyə təşkilatlarından alınacaq məbləğlər 1 milyard 444 milyon 179 min manat və ya 33,8 dəfə artaraq 1 milyard 488 milyon 178 min manata çatıb.
Ötən il "ABB" qrupundakı müştəri hesablarında vəsaitlər 2 milyard 555 milyon 430 min manat və ya 29,4% artaraq 31 dekabr 2022-c il tarixində 11 milyard 252 milyon 21 min manata çatıb. 
31 dekabr 2022-c il tarixində "ABB" qrupu 1 milyard 225 miylon 648 min manat səhm kapitalına malik olub. Qrupun səhmdarları Azərbaycan Respublikası Maliyyə Nazirliyi (92.56%), Əmlak Məsələləri üzrə Dövlət Xidməti (3.81), "Aqrarkredit" QSC (0.23%) və digər şəxslərdir (3.40). 
Azərbaycanın iri maliyyə qrupunun vəziyyəti daha da yaxşılaşıb – 14 MİLYARDLIQ BİZNESAzərbaycanın iri maliyyə qrupunun vəziyyəti daha da yaxşılaşıb – 14 MİLYARDLIQ BİZNESAzərbaycanın iri maliyyə qrupunun vəziyyəti daha da yaxşılaşıb – 14 MİLYARDLIQ BİZNES

Banklar     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin


iqtisadi xeberler bitcoin bitkoin qiymeti telefonla pul qazanmaq valyuta kurslari