Azərbaycanın xalq artisti vəfat etdi - FOTO
Azərbaycan mədəniyyətinə itki üz verib.
azxeber.com "oxu.az"a istinadən xəbər verir ki, Xalq artisti Vaqif Abutalıbov 73 yaşında vəfat edib.
Vaqif Abutalıbov 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb.
Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayan yaradıcılıq yolu daha sonra "Qaya" vokal-instrumental ansamblı ilə davam edib. Onun fəaliyyətinin ən parlaq dövrü Rəşid Behbudovun rəhbərlik etdiyi ansamblla bağlıdır. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini tanıtma missiyasına xidmət etmiş V.Abutalıbov daha sonralar Azərbaycan Dövlət Televiziyasının Estrada Orkestrində çalışıb.
Onun yaradıcılığının mühüm bir dövrü isə Müdafiə Nazirliyinin Hərbi Orkestri ilə bağlıdır.
V.Abutalıbov Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist və Xalq artisti fəxri adlarına layiq bilinib.
Mərhum sabah Yasamal qəbristanlığında torpağa tapşırılacaq.


Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət