"Azercell" bu xidmətin də qiymətini artırdı
12.11.2022-ci il tarixdən etibarən "Zəngimcell" xidməti çərçivəsində günlük abunə haqqı məbləği 0,06 AZN təşkil edəcək.
Banker.az xəbər verir ki, xidmətdən istifadə müddəti maksimum 30 gün (1,80 AZN) müəyyən edilir.
Balansında kifayət qədər vəsait olmayan abunəçilər ilkin olaraq xidmətə 10 günlük abunəliyi aktiv edə bilərlər. Bu zaman 0,60 AZN abunə haqqı məbləği balans artırıldıqda, tam və ya hissə-hissə balansdan çıxılacaq.
12.11.2022-ci il tarixədək "Zəngimcell" xidmətinə qoşulmuş abunəçilərə yeni tariflər əvvəlki qiymətlə əldə edilmiş xidmətin istifadə müddəti başa çatdıqdan sonra tətbiq olunacaq.
Onu da qeyd edək ki, əvvəl günlük abunə haqqı məbləği 0,05 AZN, aylıq (30 gün) 1.50 AZN təşkil edirdi.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd