"Azerconnect"də təyinat olub
"Azerconnect" MMC-də Baş biznes inzibatçısı təyin edilib.
Banker.az xəbər verir ki, bu, Zaur Bayramovdur.
Bu vəzifə ona kommunikasiya şirkətində TV, FinTech, cihazlar, Adtech və ekosistemin inkişafı da daxil olmaqla perspektivli yeni biznesə istiqamətlənmək imkanı yaradacaq.
Z.Bayramov 2024-cü ilin aprelindən bu vəzifəyə təyin edilib.
O, "Azerconnect"ə 2021-ci ilin mayından gəlib. Həmin vaxta qədər isə "Bakcell" MMC-də çalışıb.
Zaur Bayramov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə və audit ixtisası üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib, hazırda isə İspaniyanın Navarra Universitetinin "IESE" biznes məktəbində təhsilini davam etdirir.
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd