AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı®Azərbaycanın və Türkiyənin aparıcı telekommunikasiya şirkətləri "AzerTelecom" və "Türk Telecom International" (TTI) Azərbaycandan Avropaya Türkiyə vasitəsilə rəqəmsal dəhlizin əsasını yaradan ilkin 200 Gbit/s həcmində tranzit tutumun alınması ilə bağlı müqavilə imzalayıb. 
"AzerTelecom" şirkətinin Qərb və Şimal istiqamətlərində şaxələndirilmiş təchizat marşrutlarına əlavə olaraq, "Türk Telecom International" ilə yeni əməkdaşlıq Türkiyə və Avropa istiqamətində daha bir alternativ rəqəmsal tranzit dəhlizinin yaranmasına imkan verir. Tərəflər buna qədər bir çox rabitə xidmətlərinin mübadiləsi, o cümlədən Azərbaycanın Naxçıvan regionunun Türkiyə vasitəsilə məlumat və səs ötürülməsi də daxil olmaqla sabit, dayanıqlı və təhlükəsiz bağlantı xidmətləri ilə təmin olunması sahəsində əməkdaşlıq əlaqələrini qurublar.  
Yeni məlumat ötürmə tutumunun alınması və bağlantı marşrutu "AzerTelecom" şirkətinin Azərbaycan vasitəsilə Şərq-Qərb arasında rəqəmsal telekommunikasiya dəhlizinin qurulmasını hədəfləyən strateji və irimiqyaslı "Rəqəmsal İpək Yolu" layihəsinin bir hissəsidir.
"Türk Telecom İnternational" şirkəti ilə yeni tərəfdaşlıq Şərq və Qərb arasında əlçatanlığın və bağlantının gücləndirilməsində Azərbaycanın daha bir mühüm regional uğurudur. Müxtəlif çağırışlarla zəngin olan dövrdə bu əməkdaşlıq ölkələr arasında və regionda kommunikasiya xidmətlərinin dayanıqlığını artırmaq və təkmilləşdirmək üçün yeni imkanlar yaradacaq.
"AzerTelecom" Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi üzrə səkkiz ölkədə fəaliyyət göstərən "NEQSOL Holding" çoxşaxəli şirkətlər qrupunun tərkibinə daxildir. "AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. 
"Türk Telekom International" Mərkəzi və Şərqi Avropa regionunda, Türkiyə, Qafqaz, Yaxın Şərq və Asiyada fəaliyyət göstərən aparıcı telekommunikasiya operatorudur. "Türk Telekom International" mövcud şirkətlərə, alternativ operatorlara, mobil operatorlara, kabel televiziyası şirkətlərinə, internet provayderlərinə və korporativ müştərilərə tam çeşiddə İnternet/data xidmətləri, infrastruktur və topdansatış səs xidmətləri təqdim edir. / banker.az

Xəbərlər     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler biznes xeberleri bu gunun xeberleri birbank bitkoin almaq