"Bakcell"dən Azərbaycanın innovasiya ekosisteminə dəstək
6-7 iyul 2023-cü il tarixində "SABAH.HUB" İnnovasiya Mərkəzinin təşkilatçılığı və Bakcell
şirkətinin dəstəyi ilə Baku ID'23 (Bakı İnvestisiya Günü) baş tutub. Bakcell şirkəti ölkə
üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirin sürət partnyoru kimi çıxış edib.
Azərbaycanda startap və innovasiya ekosistemini daha da irəliyə aparmaq məqsədi ilə
yaradılmış investisiya tədbirində 100-dən çox yerli və xarici investor, yüzlərlə startap və
ekspertlər iştirak edib. Regionun ən yaxşı startap layihələri ilə tanış olmaqla yanaşı,
Baku ID'23 çərçivəsində Bakıda bir araya gəlmiş yerli və xarici startaplar, investorlar
qlobal ekosisteminin gələcəyi mövzusunda çıxışlar etdilər, sessiya və panel müzakirələri
keçirdilər.
Tədbir çərçivəsində "İnfrastruktur və texnologiyanın kəsişməsi: Ağıllı və bir-biri ilə əlaqəli
cəmiyyətlərin qurulması" mövzusunda keçirilən panel müzakirəsində Bakcell şirkətini
marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib.
Xatırladaq ki, ölkədə "Bakcell ilə ən sürətli ol" şüarı altında genişmiqyaslı kampaniya
həyata keçirən Bakcell "NEQSOL Holding"in tərkibinə daxildir. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
1000 manatla hansı biznesi qurmaq olar?
İnstaqramda biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Digital Card nədir?
Necə Bitcoin almaq olar?