Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB
Bakı Fond Birjasında 2024-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 29 milyard 575 milyon 296 min manat təşkil edib.
Bu barədə Bakı Fond Birjasının statistikasında bildirilir.
Qeyd edək ki, Bakı Fond Birjasında 2023-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12 milyard 929 milyon 432 min manat təşkil etmişdi. Beləliklə,Bakı Fond Birjasında əməliyyatların həcmi 2024-cü ilin yanvar-avqust ayları ərzində 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-avqust ayları ərzində korporativ qiymətli kağızaların ticarət həcmində 52%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 28%, repo əməliyyatları üzrə 241% artım olmuşdur.
O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 1897% artım qeydə alınıb.
2024-cü ilin Avqust ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 265 milyon 724 min manat təşkil edib.
/ marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Digital Card nədir?
Marketinq nə demədir?
"Freelance" nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt