Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMA

Bakıda fəaliyyətə başlayacaq ekspress avtobusların istiqamətləri necə olacaq? - AÇIQLAMAPaytaxtda sürətli rejimdə işləyəcək yeni ekspress marşrutlar yaradılır.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, bu marşurutlardan istifadə edəcək sərnişinlər paralel marşurutlarda hərəkət edən sərnişinlərdən daha tez mənzil başına çatacaqlar.
Agentliyin mətbuat katibi Mais Ağayev xezerxeber.az-a bildirib ki, müntəzəm daşımalarda əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması üçün bu addımlar atılır:
"Bu tədbirlər çərçivəsində 5-i mövcud, 2-si yeni olmaqla ümumilikdə 7 müntəzəm marşrutda müsabiqə elan olunub. Vətəndaşlardan daxil olan müraciətlərə əsasən 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrutlar üzrə təhlillər aparılıb. Sərnişindaşımadakı vəziyyət qənaətbəxş hesab edilmədiyindən bu xəttlər müsabiqəyə çıxarılıb". 
Mətbuat katibi onu da əlavə edib ki, vətəndaşların gediş-gəlişini sadələşdirmək və sərnişinlərin artan tələbatını nəzərə alaraq metronun "Xalqlar dostluğu" stansiyasını "Binə" ticarət mərkəziylə və eləcədə, bu stansiyanı "Sədərək" ticarət mərkəziylə əlaqələndirən "E2" nömrəli sürətli rejimdə işləyən yeni marşrutlar yaradılaraq istismara veriləcək:
"Məlumat üçün deyim ki, sürətli rejimli daşımalarda marşrut boyu avtobuslar müəyyən edilmiş bir neçə dayanacaq məntəqəsində dayanır. Bunlar əsas cəlbetmə məntəqələridir".
Mais Ağayev sonda qeyd edib ki, müsabiqələr Nazirlər Kabinetinin 13 aprel 2009-cu il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobillə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq sərnişindaşımalarına sərnişin daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi" qaydasına uyğun təşkil ediləcəkdir.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən daşıyıcı şirkətlər BNA-ya müraciət edə bilərlər.

Xəbərlər     Tarix: 01 sentyabr 2022

Oxşar xəbərlər

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano


iqtisadi xeberler rubl mezenne bitkoin almaq en son xeberler biznes ideyalari