Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib - FOTOLAR

Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib - FOTOLARBakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) keçirilib.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar və iş adamları iştirak ediblər.
FED.az xəbər verir ki, tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.
Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ICSB-nin prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi, İCSB-nin İdarə Heyətinin sədri Ki Çan Kim, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının direktoru Dumitru Pintea, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin (TÜMSİAD) prezidenti Yaşar Doğan dünyada və ölkəmizdə sahibkarlığın inkişafı, KOB-ların ÜDM-də, məşğulluqda və ixracda artan rolu, müxtəlif ölkələrdə KOB-ların dəstəklənməsi tədbirləri barədə məlumat veriblər.
Tədbir çərçivəsində "Azərbaycanda kiçik biznes və sahibkarlıq", "KOB-ların rəqəmsal transformasiyası və xarici ticarət", "Qadınların və gənclərin sahibkarlıq fəaliyyətinin gücləndirilməsi" mövzularında panel müzakirələr də təşkil ediləcək.
Qeyd edək ki, 13-16 noyabr tarixlərində Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"ndə "Gələcək sahibkarların hazırlanması" mövzusunda tədbir, ADA Universitetində isə biznes və təhsil arasında əlaqələrə həsr olunmuş tədbir təşkil olunub.

Biznes     Tarix: 16 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov


iqtisadi xeberler emlak xeberleri dollar manat kursu bitkoin bu gunun xeberleri