Bank "BTB" Visa B2B Connect ödəniş sistemini təqdim etdi

Bank ®Bank "BTB" və onun rəqəmsal ödəniş sahəsindəki tərəfdaşı VİSA şirkəti, korporativ və biznes müştərilərinin istifadəsinə Visa B2B Connect ödəniş sistemini təqdim etdi. Bu yeni xidmət vasitəsilə, Bank "BTB"nin müştəriləri beynəlxalq köçürmələri ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq daha sürətli, etibarlı və əməliyyat xərclərini minimuma endirməklə həyata keçirəcəklər.
Visa B2B Connect sistemi, ənənəvi hesablaşma proseslərində mövcud olan məhdudiyyətləri aradan qaldıraraq əməliyyatların sürətini artırır və maliyyə əməliyyatlarının səmərəliliyini yüksəldir. Bu innovativ həll, həm vəsait göndərənlərə, həm də alan tərəflərə köçürmələrin vəziyyətini izləmək, şəffaf şəkildə nəzarət etmək və pul axınını daha aydın bir şəkildə idarə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız əməliyyatlarının sürətindən deyil, həm də əməliyyatlarının şəffaflığından yararlanaraq riskləri minimuma endirə biləcəklər.
Qeyd etmək lazımdır ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox ölkəsində mövcuddur və müxtəlif miqyaslı bizneslər üçün etibarlı və çevik həllər təqdim edir. Bank BTB, bu unikal sistemi tətbiq etməklə, yalnız korporativ müştərilər üçün deyil, həm də ümumilikdə ölkədə rəqəmsal maliyyə texnologiyalarının inkişafına və bu sahədə rəqabət qabiliyyətinin artmasına şərait yaradır. 
Visa B2B Connect-in imkanlarından yararlanaraq Bank BTB, müştərilərinə yenilikçi, təhlükəsiz və qlobal səviyyədə tanınan xidmətlərin təqdimatın arxalanaraq dekabr ayının sonunadək yeni müştərilərə köçürmələr zamanı 50% endirim təklif edir.
Bank "BTB" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir. / banker.az

Banklar     Tarix: 02 dekabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca


iqtisadi xeberler biznes ideyalari dollar mezenne bitkoin bu gunun xeberleri