Bank kartlarına nə qədər vəsait qoymaq mümkündür? - Ekspert AÇIQLADI

Bank kartlarına nə qədər vəsait qoymaq mümkündür? - Ekspert AÇIQLADI"Vətəndaş cari hesaba istədiyi qədər pul qoya bilər. Lakin burada bir nüans var. Bank istəsə, çox kiçik məbləğlərə görə də vətəndaşdan pulun mənbəyini bəyan etməyi tələb edə bilər. Deyə bilər ki, siz bu pulu haradan qazanmısınız? Bankın yatırım etdiyiniz, istifadə etdiyiniz pulun mənbəyini soruşmağa haqqı var. Müxtəlif bank qanunvericiliyində, "pulların yuyulması" məsələlərində banklara belə bir hüquq verilib. Sadəcə, onlar limit qoymaya bilərlər. Bankların çağırışında limit sözü yoxdur. Cari hesaba nə qədər pul qoyursunuz, qoyun. Bank buna sevinəcək, onsuz da yuxarı limitlər yoxdur".
KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Ekspert bildirib ki, bu məsələdə başqa bir məsələ də var: "Təbii ki, bank qoyduğunuz pula görə qalığa faiz hesablamaq, yaxud depozit faizi hesablamaqdan ötrü həmin pulu dərhal satmaq məcburiyyətindədir. Axı sizə faiz ödəməlidir. Bank bu məsələdə öz gücünü hesablayır – bu pulu sata biləcəkmi, hazırda satış imkanları var, ya yox… Burada üç məqam var: görsəniz ki, bütün elanlarda, çağırışlarda, transaksiya dəvətlərdə yuxarı limit haqqında heç nə deyilmir. Adətən deyilir ki, ödəniş terminallarından nə qədər pul qoysan, faizsizdir, yuxarı qoysan, faizlə. Bu da ödəniş terminallarının şərtləridir. İl ərzində 20 mindən yuxarı dollar dəyişirsinizsə, onda banklar pulun mənbəyini bəyan etməyinizi tələb edirlər. Siz də bu sənədləri təqdim etməklə, bankların birinci tələb prosesindən keçmiş olursunuz. Doğrudan da, pulu qazanmısınızsa, əmlak sataraq, yaxud əməkhaqqı almaqla həmin pulu qazanaraq vergi vermisinizsə, banka sənədləri təqdim edirsiniz. Xaricdən əmlak alsanız da, sizə sual verilə bilər ki, pulun mənbəyi haradandır. Ümumilikdə, bank faiz ödəyərsə, artıq öz satış gücünü nəzərə alır. Məsələn, ətçəkən maşının çəkim gücü saatda 10 kiloqram ətdirsə, siz maşına 100 kiloqram töksəniz, bu, israf olacaq, maşın ziyan etmiş olacaq. Bank da belədir. Öz iştahasından, həcm gücündən, miqyasından asılı olaraq bu cür məhdudiyyətləri özü qəbul edə bilər".

Xəbərlər     Tarix: 28 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq biznes krediti investisiya