Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi

Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi®Korporativ sosial məsuliyyət layihələrində "Təbiətə Yaxın Bankçılıq" şüarını da əsas tutan Bank of Baku ətraf mühitin, təbiətin qorunmasına istiqamətlənmiş layihələrini davam etdirir.
30 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Yaşıl dünya naminə əl-ələ verək" mesajını vurğulayan ağacəkmə aksiyasında Bank of Baku-nun rəhbərliyi və əməkdaşları iştirak edib.
COP29 ərəfəsində keçirilən aksiyanın əsas məqsədi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq, ölkəmizdə ərazilərin yaşıllaşdırılmasına töhfə vermək, həmçinin dünyada ekologiya ilə bağlı baş verən proseslərə diqqət çəkmək və yaşıllıqların əhəmiyyətini xatırlatmaqdır.
Ekoloji aksiyada Bakı-Abşeron ərazisinin torpaq-iqlim şəraitinə rahat uyğunlaşması ilə seçilən 300-dən çox Eldar şamı və Zeytun ağacları əkilib.
Qeyd edək ki, bundan əvvəl Bank of Baku Xəzərin Bilgəh sahilində 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanmasını həyata keçirmişdi.
Bank of Baku-nun "Təbiətə Yaxın Bankçılıq" şüarı altında istər bank daxilində, istərsə də ictimaiyyətə yönəlik dünyanın qorunmasına, təbiətin mühafizəsinə, təbii resurslardan qənaətli istifadəyə səsləyən maarifləndirmə işləri və tədbirləri davam edir.
Məlumat üçün bildirək ki, 30 ildir fəaliyyət göstərən "Bank of Baku" ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildiBank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi/ banker.az

Banklar     Tarix: 30 oktyabr 2024

Oxşar xəbərlər

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana


iqtisadi xeberler depozit faizleri bank faizleri dollar manat kursu bu gunun xeberleri