"Bank Respublika" bu tarixdən Azərbaycanda bağlanan bankın kompensasiyalarını ödəməyə başlayacaq

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə "Günay Bank" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin
sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Günay
Bank" ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.
Bildiririk ki, kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC vasitəsilə 19
iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin
sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə
əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya
ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul
edir.
Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan
"Günay Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında
yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika" ASC-nin istənilən
filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına
uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə
nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə
əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin
bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o,
qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş
etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını 19 iyun 2023-cü il tarixdən etibarən "Bank
Respublika" ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az
saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC-nin bütün filial və şöbələri tərəfindən həyata keçiriləcəkdir.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki,
sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min
manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank
hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox
olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri
üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin
Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az / banker.az

Banklar     Tarix: 09 iyun 2023

Oxşar xəbərlər

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki


iqtisadi xeberler bank faizleri kripto dollar manat kursu iqtisadiyyat xeberleri