Bank Respublika' və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar - FOTOLAR

Bank Respublika' və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar - FOTOLAR"Bank Respublika" ASC və Niderland İnkişaf Bankı (FMO) növbəti iriməbləğli kredit müqaviləsi imzalayıblar.
İki qurum arasında əməkdaşlıq 2006-cı ildən davam edir. Bu müddət ərzində onlar əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imza atıblar.
Bu dəfə "Bank Respublika" və FMO arasında son illərin ən iri məbləğli kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Banka 20 milyon ABŞ dolları kredit ayrılacaq. Milli valyutada təqdim ediləcək vəsait aqrar sahədə kiçik və orta sahibkarlığın (KOS), o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində istifadə olunacaq. Hal-hazırda regional xidmət şəbəkəsini genişləndirən "Bank Respublika" bu krediti regionlarda çalışan və xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarlar üçün böyük məbləğdə kreditlərin əlçatanlığın artırılmasına yönəldəcək.
"Qürurverici haldır ki, Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO artıq 16 ildən çoxdur ki bankımızın stabil və etibarlı maliyyə partnyorlarından biridir. İnanıram ki, həm bu müddət ərzində cəlb etdiyimiz vəsaitlər, həm də bugünkü - 20 milyon dollar dəyərində olan anlaşmamız, nəinki bankın biznes portfelinin inkişafına, həmçinin ölkənin ümumi real sektoruna böyük dəstək olacaq və ölkədə yeni iş yerlərinin yaradılmasında imkanlar yaradacaq.", - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
"İriməbləğli kredit razılaşması imzalamaqla çoxdankı tərəfdaşımız "Bank Respublika"ya bir daha dəstək verməkdən məmnunuq. Müqavilədəki məbləğ tam olaraq gənclərin və qadınların yaratdığı mikro, kiçik və orta müəssisələrin, eləcə də kənd təsərrüfatı KOM-lərının maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da bizim strateji hədəfimiz olan "Bərabərsizliyin azaldılması"na 100% uyğundur. Eyni zamanda, bu razılaşma 5-ci Dayanıqlı İnkişaf Məqsədi - gender bərabərliyi və 8-ci Dayanıqlı İnkişaf Məqsədi - Azərbaycan üzrə iş yerlərinin yaradılması və saxlanmasına uyğundur ki, bu da öz növbəsində kreditin əhəmiyyətini göstərir. "Bank Respublika" ilə əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinə ümid edirik", - deyə FMO-nun İnvestisiya Direktoru Huib-Jan de Ruyter bildirib.
Bank Respublika' və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar - FOTOLARBank Respublika' və FMO 20 milyon dollarlıq kredit müqaviləsi imzalayıblar - FOTOLAR

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri bank faizleri biznes krediti