Bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu keçirilib - NƏTİCƏLƏR
Azərbaycan Respublikasının Mərkəzi Bankı strateji kommunikasiya missiyasına uyğun olaraq iqtisadi təhlil imkanlarının artırılması və iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə ictimaiyyətin, o cümlədən aparıcı hədəf qruplarının aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu əsasda dövri olaraq statistik və təhlili hesabatlar, icmallar, bülletenlər, tədqiqat işlərinin, sorğuların nəticələri geniş auditoriyaya təqdim olunur.
2022-ci ilin birinci rübündən etibarən Mərkəzi Bank tərəfindən bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların keçirilməsinə başlanmış və sorğu nəticələri Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.
Sorğu nəticələrinə əsasən cari ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması müşahidə olunur. Standartların yumşaldılmasına təkan verən faktor kimi əsasən bank sektorunda rəqabət çıxış etmişdir. Banklar 2022-ci ilin III rübündə də kredit siyasətinin yumşaldılması və xarici valyutada biznes kreditləri istisna olmaqla bütün kredit növləri üzrə tələbin artmasını proqnozlaşdırmışdır. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.
2022-ci ilin II rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar: Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Yatırım olmadan necə biznes qurmaq olar?
CV hazırlayarkən buraxılan 5 səhv
Milyonlar qazandıran qəribə biznes ideyaları
Shopify-da necə satışa başlamaq olar?
Bitcoin necə işləyir?