Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxladı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumata verilib.
Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib.
Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib.
Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz tərəfindən görülən cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqinin təmin edilməsi ilə bağlı müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları