BƏƏ-də ilk lunoxod buraxılışa hazırdır
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan mütəxəssislər qrupu "Rəşid" lunoxodunun bir sıra sınaqlarını başa çatdırıb, qurğu uçuşa hazırdır.
Bu barədə Məhəmməd bin Rəşid Kosmik Mərkəzi tviterdə məlumat yayıb.
"BƏƏ-nin Ay missiyası komandası Rəşid roverinin uçuş modelinin ekoloji sınaqlarını, o cümlədən termal vakuum sınağını, həmçinin aparatın vibrasiya və zərbəyə tab gətirmə qabiliyyətini sınaqdan keçirərək onun BƏƏ-nin Ay səthinə ilk missiyasına hazır olduğunu təsdiqləyib", – məlumatda bildirilib.
Eyni zamanda Dubay Əmirliyinin vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd Əl Məktum lunoxodun hazırlanmasında göstərdikləri səylərə görə alimlərə təşəkkür edib.
"Rover rəsmi olaraq bütün lazımi sınaqlardan keçərək Aya ilk ərəb missiyasını bir addım daha yaxınlaşdırdı. Növbəti dayanacağımız Aydır", – o tviterdə qeyd edib. / banker.az

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"Freelance" nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən çox maaş verən şirkətləri
İlon Mask kimdir?