Bəhruz Məhərrəmov: "Medialarında anti-Azərbaycan yayımları İranın öz imicinə zərbədir"
"İranda media strukturlarının anti-Azərbaycan yayımları ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinə ziddir və eyni zamanda İranın özünün imicinə zərbədir".
KONKRET.az xəbər verir ki, bunu İran Dövlət Televiziyasında Azərbaycan əleyhinə təxribat xarakterli süjetə münasibət bildirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, onlar beynəlxalq hüquq prinsiplərinə hörmət etməsə belə, ortaq mədəni tarixi dəyərlərə malik olduğu müsəlman qonşusuna münasibətdə həssas olmağa borcludur:
"Çünki Azərbaycan həmişə İrana qarşı səmimi davranıb, ərazimizdən İrana qarşı 3-cü qüvvələrin istifadəsinə imkan verməyib, o cümlədən ölkəmiz İranın Avropaya və Şimala etibarlı çıxış qapısıdır. Azərbaycandakı "məzlum şiələrin müdafiəsinə" qalxan İran təbliğat maşını unutmamalıdır ki, Azərbaycanın son bir neçə əsrdə bölgənin hərbi zəfəri olan yeganə dövlətidir. Azərbaycanın bu qələbəsinin kökündə isə milli vəhdət dayanıb.
Prezident İlham Əliyevin nail olduğu bu birlik İranın müttəfiqi olan Ermənistanın islam abidələrinə qarşı 30 illik vandalizminə, məscidlərin donuz damına çevrilməsinə, Məhəmməd ümmətinin qəbirlərinin dağıdılmasına, o cümlədən işğala və təcavüzə son qoyub. Kaş ki, İran mediası şiə təəssübkeşliyini bu məsələlərdə ortaya qoyaydı.
Amma nədənsə İslam dövlətinin mediası daha çox erməni-qriqoryan kilsəsi, jurnalistləri isə təcavüzkar erməni keşişləri kimi davranır. Bu, əlbəttə, bizdə təəssüf doğurur, lakin, bu addımların ziyanı bizə yox, elə İran dövlətinin özünədir".
Deputat qeyd edib ki, İranda başa düşməyənlar anlamalıdır ki, indi bu cür təbliğatla nəyəsə nail olmaq olmaz: "Dövr artıq dəyişib, orta əsrin şallaq təfəkkürü ilə müasir hüquq sisteminə insan hüquqlarından dərs keçmək olmaz. Ona görə də yaxşı olar ki, güc və imkanlarımızı dostluq və əməkdaşlığa, birgə inkişafa sərf edək"./APA

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Françayzinq nədir və necə olur?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İnvestisiyanın necə cəlb etmək olar?
Mcdonalds françayzinqi neçiyədir?