Bərdədə təcavüzə uğrayan 14 yaşlı qızın vəkili: "Qıza ölüm arzulayırlar

Bərdədə təcavüzə uğrayan 14 yaşlı qızın vəkili: "Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı yeniyetmə qıza qarşı dörd nəfərin seksual xarakterli hərəkəti istiqamətində iş aparılır".
azxeber.com xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva məlumat verib.
O bildirib ki, hazırda istintaq işləri davam etdirilir:
"Hadisənin necə adlandırılması da hələ tam həllini tapmayıb. İstintaqın gedişində tövsif dəyişəcək, onu da deyə bilmirik. Hər halda proses zamanı bəlli olacaq. Amma məsələ ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz".
Vəkil xatırladıb ki, yeniyetməyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edənlərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi açılıb:
"Dörd nəfərdən üçü saxlanılıb və barələrində üç aylıq həbs-qəti imkan tədbiri seçilib. Digəri azyaşlı olduğundan barəsində qanunla məsuliyyət nəzərdə tutulmur. İstənilən halda, ananın yeganə tələbi qızına qarşı seksual hərəkətlər edənlərə ən ağır və layiqli cəza verilməsidir. Tutaq ki, üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulubsa, istəyimiz ən yuxarı həddir".
Vəkil onu narahat edən digər bir nüansa da toxunub. O deyib ki, 14 yaşlı qız yaşadığı kənddə linç edilir:
"Bu gün səhər başına bəla gələn qızın kiçik bacısı mənə zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Təsəvvür edirsiniz bu, nə deməkdir? Kiçik qızın yalvarışları və məndən imdad istəməsi sadəcə ürək parçalayacaq bir məsələdir. İnanın ki, kənddəki qadınların fikirlərini də dəyişə bilmirəm.
Təcavüzə uğrayan qıza ölüm arzulayırlar. Nə deyə bilərəm? Onlar artıq o psixologiya ilə qocalıblar. Kənddəki o baxışlar 14 yaşlı qızın iki bacısına da yönələcək", - deyə vəkil qeyd edib.
Xatırladaq ki, xoşagəlməz olay avqustun 25-də Bərdə rayonunda yaşanıb. 14 yaşlı qıza dörd nəfər tərəfindən seksual hərəkətlər edilib və görüntüləri yayılıb. Videonu çəkib yayan dörd nəfər müəyyən edilərək saxlanılıb.

Xəbərlər     Tarix: 01 sentyabr 2022

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler rubl mezenne kripto bitkoin qiymeti dollar manat kursu