Bill və Hillari Klinton yeganə qızlarını təsadüfən Kremldə unudublar - FOTO/VİDEO
Bill və Hillari Klinton yeganə qızlarını təsadüfən Kremldə unudublar - FOTO/VİDEO
ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton yeganə qızları Çelsini Kremldə (Rusiya) unudubmuşlar.
Bu barədə ABŞ-ın keçmiş dövlət katibi jurnalist Cimmi Fellonla müsahibəsində söz açıb.
Belə ki, Fellon Klintondan ailə səfərlərində ən çılğın anlardan bəziləri haqqında danışmasını istəyib. Demokrat ailəsi ilə birlikdə Moskvaya səfərini xatırlayıb.
Onun sözlərinə görə, Bill Klinton prezidentliyi dövründə Kremlə rəsmi səfərə dəvət olunub. Hər şey bitdikdən sonra evli cütlük rəsmi qaydalara uyğun limuzinin yanında dayanaraq vidalaşıb.
Klintonun sözlərinə görə, həmin vaxt qızları onun və ərinin yadına düşməyib.
"Təsəvvür edə bilərsiniz, mən yeganə uşağımı Kremldə qoyub getmişəm!" – deyə Hillari Klinton deyib və ümid etdiyini bildirib ki, qızı Çelsi bu hadisəni unudub, çünki bu, olduqca travmatik bir təcrübə idi.
Hillari Klinton daha sonra nə baş verdiyini, qızlarının yanlarında olmadığını nə zaman anladıqlarını açıqlamayıb.
Eyni zamanda, 42 yaşlı Çelsi Klinton bildirib ki, bu hadisə onun ailə səfərləri arasında "ən çılğın" xatirədir.
Qeyd edək ki, Bill Klinton 1993-2001-ci illərdə ABŞ prezidenti olub. Bu müddət ərzində o, Rusiyaya beş səfər edib. Hillari Klinton 2009-2013-cü illərdə ABŞ dövlət katibi vəzifəsində çalışıb.


Mənbə: TASS

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
BOKT İsmayıllıda filialını açır
Dünyanın əh bahalı brendləri - TOP-10
İlon Mask kimdir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən bahalı restoranları
Bitcoin nədir?