Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir

Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirirBirbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu istifadəçilərə illik 7% gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2.5%-dir. Yığım hesabının ən böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.
Məhsulun şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta 0.00 AZN/USD ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə vəsait yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq qazancı daha da artırır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya ödəmədən çıxarmaq mümkündür. Bütün bu proseslərə isə müştərilər Birbank mobil tətbiqi ilə rahat və etibarlı şəkildə nəzarət edə bilərlər.
Bu məhsul, xüsusilə uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu hamı üçün əlçatan edir. Birbank Yığım hesabı müştərilərə büdcələrini səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədikləri zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın Birbank filialından və ya Birbank mobil tətbiqində "Əmanətlər" bölməsinə keçərək "Yığım hesabı aç" seçimi ilə asanlıqla açmaq mümkündür.
Ətraflı məlumat üçün: .
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 28 noyabr 2025

Oxşar xəbərlər

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)

Azərbaycanda bankların ümumi depozit portfeli 2026-cı ilin ilk doqquz ayında 11% artaraq 42,26 milyard manata çatıb. xəbər verir ki, bu, bankların maliyyə hesabatları əsasında aparılan hesablamalardan məlum olur. Həcm üzr

Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib

Bank sektorunda uğurlu fəaliyyət yalnız gəlirlərin artımı ilə deyil, həm də aktivlərin keyfiyyəti, resurs bazasının sabitliyi, kapitalın adekvatlığı və əməliyyat səmərəliliyi kimi fundamental göstəricilər üzrə əldə oluna

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini 50 baza bəndi azaldaraq 16,25%-dən 15,75%-ə endirib. xəbər verir ki, oktyabrın 23-də qəbul edilən bu qərar ölkədə pul-kredit siyasətinin yumşaldılması prosesinin davam etdiyin

Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı

Azərbaycan kapital bazarında yeni investisiya imkanı yaranıb. "Ziraat Bank Azərbaycan" ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışının ikinci tranşı üzrə abunə yazılışına bu gündən start verilib. İstiqrazla

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib

Qlobal maliyyə sektoru üzrə nüfuzlu beynəlxalq platformalardan olan "The Digital Banker" "Global AI Innovation Awards 2026" mükafat proqramının qaliblərini elan edib. Azərbaycan üzrə "Best AI-Powere

Azərbaycanda İslam bankçılığının tətbiqi üçün qanunvericilik dəyişir – Layihələr dövlət qurumlarına göndərilib

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi istiqamətində yeni mərhələyə keçilir. Ölkənin maliyyə bazarında bu mexanizmlərin fəaliyyətinə hüquqi şərait yaradılması məqsədilə normativ hüquqi akt layihələri hazırlanara

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq bank faizleri pul qazanmaq