Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub - YENİLƏNİB

Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub - YENİLƏNİBOktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.
KONKRET.azxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər.
Prezident Sadır Japarovun çıxışı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli qonaqlar, əziz dostlar.
Biz bu gün Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirak edirik.
Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.
Xüsusi vurğulamaq istəyirəm ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib. Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insanı olub.
Həmçinin xatırlatmaq istəyirəm ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işləyəndə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik edib.
Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.
Mən ümidvar olduğumu bildirirəm ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq. Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər. Gənclərə gözəl təhsil, tərbiyə almağı, tələbedilən olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayıram.
Heydər Əliyev dediyi kimi: "Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq". Qeyd etmək lazımdır ki, gənc nəslin tərbiyəsi daim diqqət mərkəzimizdədir və bu, təbiidir, çünki istənilən ölkənin bu günü və gələcəyi keyfiyyətli təhsillə, əldə edilmiş biliyi cəmiyyətin faydası üçün tətbiq etmək bacarığı ilə bilavasitə bağlıdır. Əminəm ki, bu gözəl məktəbin divarları arasında uşaqlar keyfiyyətli təhsil, vətənpərvər və işinin peşəkarı kimi tərbiyə alacaqlar.
Hörmətli İlham Heydər oğlu, əziz dostlar, qeyd etmək istəyirəm ki, biz Azərbaycan xalqının görkəmli mütəfəkkiri və şairi Nizami Gəncəvinin adı verilmiş məktəbin açılışında da iştirak edəcəyik.
XII əsrdə Nizami təxəllüsü ilə yazmış bu məşhur şairin qoyduğu zəngin irs təkcə Azərbaycan xalqını zənginləşdirməyib, eyni zamanda, əminəm ki, bütövlükdə bəşəriyyətin ədəbi xəzinəsinə qızıl hərflərlə həkk olunub.
Nizaminin yazdığı "Sirlər xəzinəsi", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə", "Xosrov və Şirin" poemaları, çoxsaylı şeirləri orta əsrlərdə Yaxın Şərqdə və Mərkəzi Asiyada ədəbiyyatın gələcək inkişafında dərin iz qoyub.
Əziz dostlar, inanıram ki, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbləri Qırğızıstan və Azərbaycan arasında əməkdaşlıq körpülərinə və dostluq mərkəzlərinə çevriləcək, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə layiqli töhfəsini verəcək.
Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Sonda qeyd etmək istəyirəm, sevindirici haldır ki, bu il Qırğız Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər fəallaşıb və strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib.
Əziz İlham Heydər oğlu, bütün bu nailiyyətlər Sizin şəxsi diqqətiniz və bütün komandanızın fəal işi olmadan mümkün deyildi.
Bizim azərbaycanlı dostlarımıza səmimi təşəkkürümü bildirirəm.
İki gözəl məktəbin kollektivlərinə böyük nailiyyətlər və uğurlar, iki qardaş ölkələrimizin xalqlarına isə rifah və firavanlıq arzu edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Sadır Nurqojoyeviç, əziz dostlar, əziz müəllimlər, məktəbin şagirdləri.
İlk növbədə, Qırğızıstan Prezidentinə bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə təşəkkürümü bildirmək istərdim. Bu, Bişkekin ən böyük məktəblərindən biridir. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk. Sadır Nurqojoyeviçin də qeyd etdiyi kimi, bu gün biz daha bir məktəbi, Azərbaycanın digər görkəmli oğlu, Azərbaycan xalqının fəxri olan şairi, mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq məktəbi də ziyarət edəcəyik. Bu əlamətdar hadisələr qardaş ölkələrimiz arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir.
Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, xalqlarımızın qardaşlığını da əks etdirir. Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər dərin iz buraxacaq. Əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq.
Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxan görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə – istər Sovet dövründə Azərbaycanın rəhbəri olaraq, Azərbaycan Respublikasını sosial-iqtisadi inkişaf üzrə son yerlərdən keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxaranda, istər SSRİ-nin iqtisadiyyat, sənaye potensialının nəhəng istiqamətlərinə rəhbərlik edəndə, istər hökumət sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın tələbi ilə gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağırıldığı vaxt, gənc Azərbaycan dövləti üçün ən çətin dövrdə ona rəhbərlik edəndə Azərbaycanın maraqlarını müdafiə edib.
Biz uçurum kənarında idik, qonşu ölkənin işğal, hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik. Ən ağır müharibə vətəndaş müharibəsidir. Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib. Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna çıxardı, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu. Bu səbəbdən də biz deyəndə ki, bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir, biz tamamilə haqlıyıq. Biz onun davamçılarıyıq, əlbəttə, vəziyyətin spesifikliyi nəzərə alınmaqla, dəyişən dünya nəzərə alınmaqla, Azərbaycanın müasir imkanları nəzərə alınmaqla və qarşımızda duran çağırışlar nəzərə alınmaqla onun yolu ilə gedirik. Onun bizə etdiyi vəsiyyətlərdən biri ərazi bütövlüyünün bərpası idi ki, biz bunu iki il əvvəl şərəflə yerinə yetirmişik.
Yəqin, hər bir uşağa, hər bir oğlana, qıza, yeniyetməyə həm evdə, həm də məktəbdə deyilir ki, onlar yaxşı oxusunlar. Yəqin, uşaqlara bunu dəfələrlə deyiblər, ola bilər onlar bundan yorulublar. Lakin, əslində, bu, sizi həmişə səslədiyimizdir, çünki bu, gələcəyə yoldur. Bilik, təhsil – bu, o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır. Fikrimcə, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə, gənc nəslə örnək daha çox təsir göstərir. Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun "dörd" yoxdur, bütün qiymətlər "beşdir". Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə "beş" ən yüksək qiymət idi. Bax, o, ən kiçik yaşlarından – həm məktəbdə, daha sonra institutda əla oxuyub. O, yerinə yetirilməli olduğu hər bir işə belə tam məsuliyyətlə yanaşıb. Onu da deməliyəm ki, azərbaycanlıların müasir nəslinin tərbiyəsində Heydər Əliyevin rolu öz mənbəyini hələ sovet vaxtlarından götürür. O vaxt Azərbaycan keçmiş SSRİ-də yeganə respublika idi ki, Heydər Əliyevin təkidi ilə minə yaxın azərbaycanlı gənc oğlan və qızı SSRİ-nin ali məktəblərinə göndərmək hüququna malik idi. Bu gənclər belə adlandırılan müsabiqədənkənar qəbuldan keçirdilər. Yəni, onlar Bakıda imtahan verir, SSRİ-nin aparıcı ali məktəblərinə yollanırdılar. Bununla da kadr potensialı yaranırdı ki, bu gün Azərbaycanda ona tələbat olduqca çoxdur. Sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işi də bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etmək imkanı verir. Məhz onun qərarı ilə 1970-ci illərdə Bakıda general Cəmşid Naxçıvanski adına uşaqları hərbi xidmətə hazırlayan məktəb yaradıldı. Bu, Heydər Əliyevin uzaqgörənliyi, gələcəyə istiqamətlənən fəaliyyəti idi. Sanki o, qabaqcadan görürdü ki, Azərbaycan gözəl bir gündə müstəqil dövlətə çevriləcək, bizə ordu lazım olacaq, bizə mütəxəssislər lazım olacaq. Belə də oldu və biz hər bir situasiyaya hazır olmalıyıq.
Mən Heydər Əliyevin xatirəsinə bu cür ehtirama görə Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına bir daha təşəkkür etmək istərdim. Həmçinin çıxışımın sonunda Heydər Əliyev adına məktəbin və Nizami Gəncəvi adına məktəbin müəllim və şagirdlərini Azərbaycana dəvət etmək istərdim. İndi mənim tərəfimdən müvafiq göstərişlər verilir. Mən sizi yaxın tətillərdə dəvət edirəm. Biz sizin səfərinizi, Bakıda, arzulasanız Azərbaycanın digər yerlərində qalmağınızı təşkil edəcəyik. Fikrimcə, bütövlükdə, bizim tədris müəssisələri ilə belə münasibətlərin, əlaqələrin yaradılması üzrə işlərə artıq indi başlamaq lazımdır. Bu, bizim gəncləri əməkdaşlıq, qardaşlıq, dostluq ruhunda tərbiyə edəcək. Bu, bizi qarşılıqlı zənginləşdirəcək. Bütün Azərbaycan xalqına bugünkü belə gözəl hədiyyənizə görə təşəkkür edirəm. Qardaş Qırğızıstan xalqına sülh, firavanlıq arzulayıram. Sağ olun.
***
10:04
Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Xəbərlər     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Tesla, ABŞ-də istehsalda Çin istehsalı hissələrdən imtina edir

Tesla ABŞ-də montaj olunan avtomobillərdə Çin istehsalı komponentlərdən istifadəni dayandırmaq üçün tədarükçülərinə təlimat verib. Məsələ ilə tanış olan mənbələr bildiriblər ki, Tesla və onun tərəfdaşları bəzi Çin istehsal

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Server çöküb - Saytlar işləmir

Ölkədədə bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə giriş məhdudlaşıb. xəbər verir ki, hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsind

Cənubi Koreyada "Samsung" və "Hyundai" daxili sərmayələri artıracaq

Samsung Electronics, Hyundai Motor və digər böyük Cənubi Koreya istehsalçıları daxili investisiya planlarını açıqlayıblar. xəbər verir ki, Samsung Electronics süni intellektə tələbatın qlobal artımına cavab olaraq Pyeongtae

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb

Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler telefonla pul qazanmaq biznes krediti birbank leobank kart