BMT Çində uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat yaydı

BMT Çində uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat yaydıBirləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı Çinin Sincan-Uyğur Muxtar Rayonunda (SUMR) uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat dərc edib.
KONKRET.az xəbər verir ki, sənəddə BMT-nin SUMR-dakı müşahidələri bənd-bənd sadalanır.
Onların arasında müsahibələr zamanı uyğurlardan toplanan məlumatlar var: işgəncə, qəddarca rəftar və zorakılıq təcrübələri. Hesabatda 2017-2019-cu illər arasında "Peşə Təhsili və Hazırlığı Mərkəzləri" adlanan yerdə saxlanılan uyğurların sayının "əhəmiyyətli dərəcədə çox olduğu və uyğurların, həmçinin əsasən müsəlman olan digər azlıqların önəmli bir hissəsini təşkil etdiyi" bildirilib.
BMT-yə müsahibə verən uyğurlardan heç biri mərkəzləri tərk edib evlərinə gedə biləcəklərini deməyib. Üstəlik, mərkəzlərə göndərilməzdən əvvəl onların əksəriyyəti polis bölmələrində saxlanılıb, orada da seçim haqqı verilmədən zorla aparılıblar.
Bir qayda olaraq, uyğurlar iki aydan 18 aya qədər Çində səkkiz yerdə bu mərkəzlərdə qalıblar. Müsahibə alınan iyirmi altı keçmiş məhbusun üçdə ikisi işgəncəyə və qəddar rəftara məruz qaldığını açıqlayıb. Onları hərəkət etmək mümkün olmayan pələng kreslosu adlanan yerdə saxlayıblar, dəyənəklərlə, o cümlədən elektrik dəyənəklərlə döyüblər və üzlərinə su tökərək dindiriblər.
Bəzi keçmiş məhbuslar mərkəzlərdə qandalda saxlandıqlarını bildiriblər. Həmçinin mərkəzlərin əməkdaşları gecə saatlarında kameralarda işıqları yandıraraq uyğurların yatmasına mane olublar. Onların bəzilərini kamera yoldaşlarının namaz qılmaması üçün gecə işləməyə məcbur ediblər. Uyğurlara naməlum dərmanlar vurulub ki, bu da onların yuxululuğuna səbəb olub.
Döyülmə və işgəncələrlə yanaşı, əksəriyyəti qadınlardan ibarət bəzi məhbuslar təcavüzə məruz qalıb. Müsahiblərin sözlərinə görə, mühafizəçilər onları sorğu-sual kontekstində oral sekslə məşğul olmağa məcbur edib və kameraları olmayan otaqlarda zorlayıblar. Bir neçə qadın da məcburi invaziv ginekoloji müayinələrə məruz qaldıqlarını bildirib.
Çinin BMT-dəki Daimi Nümayəndəliyi hesabatı pisləyib və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının "Çinə qara yaxdığı və böhtan atdığını" qeyd edib. Çin diplomatları iddia ediblər ki, onlar "anti-Çin qüvvələri tərəfindən uydurulmuş dezinformasiya və yalanlar" kampaniyasının hədəfinə çevriliblər.
"Sincanda sosial sabitlik, iqtisadi inkişaf, mədəni rifah və dini harmoniya hökm sürür, bütün etnik qrupların insanları sülh və əmin-amanlıq içində xoşbəxt həyat sürür. ABŞ, Qərb ölkələri və anti-Çin qüvvələrinin Sincanla bağlı məsələləri manipulyasiya etmək üçün BMT-dən cəbhə kimi istifadə etmək cəhdləri uğursuzluğa məhkumdur", – Çinin Daimi Nümayəndəliyinin sözçüsü Lü Yuin bildirib.//Report

Xəbərlər     Tarix: 01 sentyabr 2022

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler rubl mezenne kripto bitkoin qiymeti dollar manat kursu