BP Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq

BP Azərbaycana verdiyi səmt qazının həcmini artıracaqCəbrayılda tikintisi planlaşdırılan 230 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyası işə düşdükdən sonra BP şirkəti Azərbaycana verdiyi səmt qazının həcmini artıracaq.
Bu barədə BP şirkətinin Səngəçal terminalında hasilat işləri üzrə rəhbəri İbrahim Terequlov bu gün Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində bildirib.
İ.Terequlov qeyd edib ki, səmt qazının həcminin artmasına səbəb sıfır karbon emissiyası tələbinə əməl edilməsidir:
"Hazırda Səngəçal ərazisində gücü 22 MVA olan 7 turbin var. Onlardan 5-i "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunu, 1-i "Şahdəniz 1″i, 1-i isə "Şahdəniz 2″ni elektrik enerjisi ilə təmin etmək üçündür.
Cəbrayıldakı günəş elsktrik stansiyası işə düşdükdən sonra biz elektrik enerjisini "Azərenerji" ASC-dən alacağıq. Bu turbinlər isə fəaliyyətini dayandıracaq. Nəticədə turbinlərin istismarına yönələn səmt qazı da Azərbaycan tərəfinə ötürüləcək. Bu həmçinin karbon emissiyasının azaldılması ilə bağlı qlobal öhdəliyi yerinə yetirmək baxımından da əhəmiyyətlidir".
Xatırladaq ki, 2021-ci ilin 3 iyun tarixində Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
2022-ci il 4 iyun tarixində Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. "Bakı Enerji Həftəsi" çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq" Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün "Virtual Enerji Ötürülməsi Mexanizmi" adlı biznes modelinin tətbiqi planlaşdırılır. / banker.az

Xəbərlər     Tarix: 13 sentyabr 2023

Oxşar xəbərlər

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar məzənnəsi investisiya emlak xeberleri