BP: Neftə tələbat 2025-ci ildə pik həddə çatacaq

BP: Neftə tələbat 2025-ci ildə pik həddə çatacaqBöyük Britaniyanın BP şirkəti 2025-ci ildə dünyada neftə gündəlik tələbatın 102 milyon barel təşkil edərək pik həddə çatacağını ehtimal edir. Eyni zamanda, külək və günəş elektrik stansiyalarının istehsal etdiyi enerjinin həcmi əhəmiyyətli dərəcədə artacaq.
Bu barədə BP-nin illik hesabatının "Energy Outlook" yeni buraxılışında deyilir.
BP analitikləri qlobal enerjinin inkişafı üçün iki – biri cari tendensiyalara uyğun, digəri isə CO2 emissiyalarının səviyyəsinin 2050-ci ilə qədər sıfır olacağı (Net Zero) ssenarini nəzərdən keçirirlər.
Qlobal enerji sektorunda mövcud tendensiyalar davam edərsə, ilkin enerji mənbələrinə tələbat 2030-cu illərin ortalarına qədər artacaq, sonra isə bütövlükdə sabitləşəcək. Belə ki, inkişaf etməkdə olan ölkələrdə enerji istehlakının artımı inkişaf etmiş ölkələrdə və Çində tələbatın azalması ilə kompensasiya ediləcək. Bu vəziyyətdə enerjiyə tələbat 2022-ci ilə nisbətən 2050-ci ilə qədər 5 faiz artacaq. Sıfır emissiya ssenarisinə əsasən, enerjiyə tələbat artıq bu onilliyin sonundan etibarən aşağı düşməyə başlayacaq və nəticədə 2050-ci ildə 2022-ci il səviyyəsindən 25 faiz aşağı olacaq.
BP analitiklərinin fikrincə, neft istehlakı istənilən ssenari üzrə 2025-ci ildən sonra azalacaq. Yeganə fərq tələbatın azalması dərəcəsindədir. Belə ki, bazarda cari vəziyyətə uyğun olaraq neftə tələbat 2050-ci ilə qədər gündəlik 75 milyon barelə, sıfır emissiyaya nail olmaq üçün lazımi şərtlər yerinə yetiriləcəyi təqdirdə isə tələbat 25-30 milyon barelə qədər düşəcək.
Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər qaza tələbat əsasən inkişaf etməkdə olan ölkələr hesabına təxminən üçdə bir qədər artacaq. "Net Zero" ssenarisinə görə isə istehlakın həcmi, əksinə, ilk növbədə, inkişaf etmiş iqtisadiyyatların alternativ enerji mənbələrinə kütləvi şəkildə keçidi hesabına iki dəfə azalacaq.
Külək və Günəşdən alınan enerji həcmləri mövcud ssenarilər üzrə 2050-ci ilə qədər təxminən 8 dəfə, xalis sıfır emissiyaya nail olunarsa 14 dəfə artacaq. / banker.az

Xəbərlər     Tarix: 12 iyul 2024

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler telefonla pul qazanmaq bitkoin almaq dollar kursu dollarin kursu bu gun