BP "Şahdəniz"də qaz hasilatını müvəqqəti azaldacaq

BP BP şirkəti ("Şahdəniz" layihəsinin texniki operatoru) 5-9 avqust tarixlərində yataqda qaz hasilatını azaldacaq.
Bu barədə "BP-Azərbaycan" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.
"İxrac qaz kəmərlərində planlaşdırılan profilaktik işlərlə əlaqədar avqustun 5-dən 9-dək "Şahdəniz" yatağında qaz hasilatı tələb olunan səviyyəyə qədər azaldılacaq", – T. Bayatlı bildirib.
Daha əvvəl "BOTAŞ"ın yaydığı məlumata görə, "Şahdəniz" yatağından qaz ixracı üçün nəzərdə tutulan qazpaylayıcı sistemdə planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə "Türkgözü" giriş nöqtəsindən beş gün ərzində – 31 iyul – 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) "Seyitqazi" giriş nöqtəsindən isə dörd gün ərzində – 5-9 avqust tarixlərində təbii qazın verilməsi dayandırılacaq.
Xatırladaq ki, "Şahdəniz" yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. / banker.az

Xəbərlər     Tarix: 31 iyul 2024

Oxşar xəbərlər

Toyuq əti də bahalaşdı - Video

Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler en son xeberler valyuta xeberleri kicik biznes internetden pul qazanmaq