Britaniya şirkətləri - 4 GÜNLÜK İŞ HƏFTƏSİNƏ KEÇƏCƏK
İngiltərədə həftədə 4 gün işləmək sınağına qatılan bir çox İngilis şirkəti, 6 aylıq pilot layihəsi başa çatdıqdan sonra da bu rejimdə işləməyə davam edəcəklərini bildiriblər.
FED.az xəbər verir ki, İngiltərədə "4 Day Week Global" qeyri-kommersiya təşkilatı tərəfindən başlanan 6 aylıq pilot layihəsi ümumilikdə 3000-dən çox işçisi olan şirkətləri əhatə edib.
İlkin araşdırmalar göstərib ki, həftədə 4 gün, yəni bir gün az işləməklərinə baxmayaraq 6 aylıq sınaq müddətinin yarısında əksər firmalarda məhsuldarlıq nəinki azalmayıb, bəzi hallarda hətta artıb.
Həftədə 4 günlük sınaqda iştirak edən 73 şirkətdən 41-də sorğu keçirilib. Sorğuda iştirak edənlərin təxminən 86 faizi bu dvrdən sonra da həftədə dörd gün iş siyasətini davam etdirəcəklərini bildirib.
Şirkətlərin 95 faizi 4 günlük sınaqlarında məhsuldarlığın eyni qaldığını və ya artdığını qeyd edib.
Bu ilin sonunda başa çatacaq sınaqın nəticələrini Kembric Universiteti, Oksford Universiteti və Boston Kollecinin tədqiqatçıları qiymətləndirəcək.
Qeyd edək ki, eyni sınaq 2021-ci ildə İslandiyada da aparılıbvə onun da nəticələri uğurlu olub.
İslandiyada tədqiqatçılar 2021-ci ildə verdiyi açıqlamada dünyanın ən böyük həftədə 4 gün sınaqdan keçirilməsinin böyük müvəffəqiyyətlə nəticələndiyini bildirmişdilər.

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Freelance" nədir?
Elon Musk kimdir?
ƏDV geri al və onun üstünlükləri