Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi
Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib.
Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub və səfirliyin mühafizəsi gücləndirilib.
Ə.Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi DİN rəhbərliyinin xüsusi diqqət mərkəzindədir.
Komandir bildirib ki, rəhbəri olduğu tabor respublikada 30 səfirliyi, üç diplomatik nümayəndəliyi və iki diplomatik iqamətgahı mühafizə edir.
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi