Bu bankın xalis mənfəəti 20 dəfədən çox artıb

Bu bankın xalis mənfəəti 20 dəfədən çox artıbDövlət bankı "Azər Türk Bank" ASC (ATB) 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Azər Türk Bank" 2022-ci ili 11 milyon 20 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 546 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər Türk Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 20,2 dəfə və ya 10 milyon 474 min manat artıb. Artım gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "Azər Türk Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 69 milyon 204 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 93,2% və ya 33 milyon 385 manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat gəlirləri 35 milyon 819 min manat təşkil etmişdi. "Azər Türk Bank"ın digər xidmət növlərindən komisyon gəliri kəskin artıb.
2022-ci ildə "Azər Türk Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 50 milyon 588 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 41,8% və ya  14 milyon 911 min manat çoxdur. 2021-ci ildə Bankın əməliyyat xərcləri 35 milyon 677 min manat təşkil etmişdi.
Bankın müştərilərə verilmiş kreditlərdən gəliri, hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri, xarici valyutadan gəliri (məzənnə dəyişməsi daxil olmaqla) və digər xidmət növlərindən komisyon gəliri artıb. 
Ötən il  "Azər Türk Bank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən Bankın 18 milyon 616 min manat əməliyyat mənfəəti olub. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 142 min manat təşkil etmişdi. Beləliklə, "Azər Türk Bank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 131 dəfə artıb.
2022-ci ildə "Azər Türk Bank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 4 milyon 142 min manat təşkil edib. 2021-ci il ildə mümkün zərərlər üçün yaradılan ehtiyatdan 747 min manat azad olmuş və mənfəətə əlavə edilmişdi.
AKTİVLƏRİ 1 MİLYARD MANATA YAXINLAŞIB
"Azər Türk Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 2,4 (140%) və ya 557 milyon 829 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 965 milyon 157 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 407 miylon 328 manat cəmi aktivlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "Azər Türk Bank" 63 milyon 164 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 51 milyon 202 min manat məcmu kapitala malik idi.
"Azər Türk Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 37,7% və ya 88 milyon 131 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 321 milyon 723 min  manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 233 milyon 592 min manata çatmışdı.
Xəbər yenilənəcək...
Bu bankın xalis mənfəəti 20 dəfədən çox artıbBu bankın xalis mənfəəti 20 dəfədən çox artıbBu bankın xalis mənfəəti 20 dəfədən çox artıbBu bankın xalis mənfəəti 20 dəfədən çox artıbBu bankın xalis mənfəəti 20 dəfədən çox artıb

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit


iqtisadi xeberler emlak xeberleri iqtisadiyyat xeberleri online pul qazanmaq valyuta kurslari